Yekcins tariflər 1 ton/km görə dəyişməyən vahid dərəcələrlə xarakterizə edilir. Differensial tariflər isə adından göründüyü kimi hər bir ton/kilometr hesabı ilə dəyişən dərəcələrə malikdir, yəni, hər bir ton/kilometr üçün differensiallaşdırılmış tarif dərəcələri mövcuddur.
Bundan əlavə daxili çay nəqliyyatı tarifləri özlərinin xarici görkəminə görə cədvəl və sxem formasında da olur.
Dəniz nəqliyyatı tarifləri qurulma formasına görə daxili çay nəqliyyatı tarifləri ilə demək olar ki, eyniyyət təşkil edir. Belə ki, tətbiq sahəsinə görə dəniz nəqliyyatı tarifləri əsas, müstəsna, xüsusi və yerli tariflərə bölünür.
Əsas tariflər bütün yükdaşımalara tətbiq edilir və digər tariflərin təsirinə məruz qalmır.
Dostları ilə paylaş: |