1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Mövzu 6. Menecmentin nəzəri-metodoloji əsasları



Yüklə 340,18 Kb.
səhifə51/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   47   48   49   50   51   52   53   54   ...   121
n.Menecment mühazirə

Mövzu 6. Menecmentin nəzəri-metodoloji əsasları

1. Menecment və idarəetmə

2. Menecmentin mahiyyəti

3. İdarəetmənin tarixi

4. İdarəetmənin elmi məktəbləri
“Menecment” sözü ingilis dilindən götürülüb, mə­na­sı idarə­etmə, təşkiletmə deməkdir. Menecment sözünü ilk dəfə amerikan biznesmeni Q.Taun 1886-cı ildə mühəndis-mexaniklərin iclasların­dan bi­­rin­də işlətmiş, bundan sonra bu söz bir məfhum kimi lek­­­sikon­da istifadə olunmuşdur.

Menecmentin predmetini idarəetmə münasibətləri təş­­kil edir. Menecmentin obyekti bazar münasibətləri şə­ra­i­tin­də istehsal, ticarət, xidmət, nəqliyyat, tikinti və s. fə­aliy­­­yət sahələri ilə məşğul olan müəssisə və təşkilat­lar­dır. Menec­mentin subyektləri dedikdə isə, idarə edən və idarə olunan sistemlər başa düşülür.

Menecment fənlərarası elmi biliklər sahəsi kimi də ba­şa düşülür. Çünki elə bir sahə yoxdur ki, orada idarə­et­mə­­yə ehtiyac olmasın. Məsələn maliyyə iqtisadiyyatın bir sahə­sidir və onun menecmenti də vardır. Həmçinin istehsal, mar­ketinq, innovasiya, kommersiya, informa­siya və s.

Menecment bazar münasibətləri şəraitində idarə­etmə nə­zə­riyyəsi hesab edilir. Menecment və idarəetmə an­la­yış­­­ları bir-birinə tam eyni olmayan sinonim kimi çıxış edir. İdarə­etmə insanların fəaliyyətini istiqamətləndirmək­lə və on­ların davranışlarının əsaslarını yaratmaqla məqsədə nail olmaq bacarığıdır. İdarəetmə anlayışı insan fəa­liy­­yətinin bü­­tün sahələrinə aid edilə bilər. Bax­ma­ya­raq ki, me­nec­ment idarə­etmə mənasında işlədilir, bütün ida­rə edən şəxs­lər me­ne­cer­lər hesab edilmirlər. Məsələn hər han­­sı bir na­zir idarə edən şəxsdir, lakin menecer he­sab edilmir. Ailə baş­­çısı ai­lə­ni idarə edir, amma menecer sa­yıl­­­mır.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin