İdarəetmənin formaları aşağıdakılardır:
1. Canlı aləmin idarə edilməsi.
2. Cansız aləmin idarə edilməsi.
Canlı aləmin idarə edilməsi sosial idarəetmədən və bioloji aləmin idarə edilməsindən ibarətdir.
Sosial idarəetmə öz növbəsində aşağıdakı kimi təsnifləşdirilir:
1. Cəmiyyətin idarə edilməsi.
2. Müəssisə və təşkilatlarda çalışan kollektivin idarəedilməsi.
3. Sosial qrupların idarə edilməsi.
4. Özünü idarəetmə.
Menecment anlayışı yalnız bazar mühiti şəraitində fəaliyyət göstərən müəssisələrdə sosial-iqtisadi proseslərin, maliyyə-təsərrüfat sahələrinin idarə olunmasını əks etdirir. Menecment məfhumunun məzmununu araşdırarkən aydın olur ki, o sərbəst peşəkar fəaliyyət növü olub, təkcə sənaye firmalarının elmi-tədqiqat, layihə-konstruktor işləri ilə deyil, həmçinin istehsal, texnoloji, təşkilati, maliyyə, satış sahələrini, həm də bank, sığorta təşkilatları, turizm agentliyi, mehmanxana, nəqliyyat kompaniyaları, ümumiyyətlə, bazara sərbəst daxil olan iqtisadi subyekt kimi bütün təsərrüfat vahidlərini əhatə edir.
Menecment daha az maddi, əmək və maliyyə ehtiyatlarından istifadə edərək səmərəliliyi yüksəltmək və mənfəəti artırmaq məqsədi ilə həyata keçirilən idarəetmə fəaliyyəti ilə əlaqədar peşədir. Bu peşə idarəetmə fəaliyyəti ilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin, strategiyaların və formaların məcmusudur
Dostları ilə paylaş: |