1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə53/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   49   50   51   52   53   54   55   56   ...   121
n.Menecment mühazirə

2. Menecmentin mahiyyəti

Menecment - idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Deməli, qısa desək menecment - bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarə etmədir aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

- nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək;

- istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq;

- firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək;

- hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək;

- bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək;

- əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompyuter texnikasından geniş istifadə etmək;

- optimal qərarlar qəbulu üçün çoxvarianth hesablamaların aparılmasını təmin etmək;

- idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək;

- firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək;

- firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdinnək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək;

- material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək.

"Menecment", "menecer" terminləri planlı təsərrüfat sistemində işlədilən "idarəetmə" "idarəetmə fəaliyyəti", "rəhbər", "direktor" terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir. "Menecment" termini "idarəetmə" termininin xüsusi halı olmaqla bazar şəraitində sosial-iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, "idarəetmə" daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur.

"Menecment" termini, Amerika mənşəli termin olmaqla, ingiliscə "managment" sözündən götürülüb və hərfi mənada başqa dillərə tərcümə olunmadığından, beynəlxalq aləmdə, bütün dillərdə "menecment" kimi işlənir.

Menecment (idarəetmə) müstəqil peşəkar fəaliyyət növü olmaqla yanaşı, həm də onu nəzərdə tutur ki, menecerin (idarə edənin) fəaliyyəti onun işlədiyi firmada kapitalın mülkiyyət formasından asılı olmur. Menecer firmada muzdlu işçi kim işləyib firmanın səhmdarı olmaya və ya həm də səhmdar olub menecer kimi də işləyə bilər. Menecerin əməyi məhsuldar əməkdir. Çünki onun əməyi, texnoloji prosesin, işçilərin yüksək səviyyədə ixtisaslaşma səviyyəsi ilə kombinasiya olunduğu şəraitdə bütövlükdə istehsal prosesinin tamlığını və ayn-ayn bölmələr arasında əlaqəni təmin edir. Deməli, menecer bütövlükdə firma, müəssisə və onun ayrıayrı bölmələri və müxtəlif ixtisasa malik mütəxəssislərini bir-biri ilə zəncirvari şəkildə birləşdirir. Bütövlükdə isə firmanın əldə edəcəyi son optimal nəticə bu birləşmənin (əlaqənin) səmərəliliyindən çox asılı olur.

Peşəkar menecment deyir ki, idarəetmə sistemində subyekt kimi - idarəedici-menecer, obyekt kimi isə - idarə edilənbütövlükdə firmanın və ya onun konkret sahələrinin təsərrüfat fəalliyyəti olmalıdır.

Müasir dövrdə idarəetməyə və idarəedicinin öz sahəsində yüksək peşəkar vərdişlərə malik olmasına tələblər getdikcə artmaqdadır. Bu elmi-texniki tərəqqinin inkişafı, müəssisələrin istehsal miqyasının genişlənməsi, texnoloji proseslərin mürəkkəbləşməsi, firmaların öz fəaliyyətlərini diversifikasiya qaydasında genişləndirmələri və firmalar arasında kooperasiya əlaqələrinin artması ilə əlaqədardır.

Hazırkı şəraitdə maliyyə, iqtisadi və təşkilati sahədə bütün məsələlərin idarə edilməsinin təşkili qaydaları peşəkarlar tərəfindən hazırlanır. Həm də onların həyata keçirilməsini nəzərdə tutan proqramlar və bu proqramların icrasına nəzarət də onlar tərəfindən yerinə yetirilir.




Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin