3. İdarəetmənin tarixi
Hər bir elm kimi menecment də tarixi inkişaf yolu keçmişdir. Bu tarixi inkişaf yolunda menecment anlayışını ifadə edən məfhumlara diqqət yetirək:
1. Antik dövrdə “menecment” sözü işlənməsə də, yunanca “adamları idarəetmə məharəti” qəribə də olsa, müasir mənaya zidd olan “demoqoq” sözü ilə ifadə olunurdu.
2. Pedaqoqikada təlimləndirmə, tərbiyələndirmə, təşkiletmə məharəti mənasında işlənmişdir.
İngiliscə isə ağıllı hərəkət etmə, uğurları tutma mənasında işlənmişdir. Sonralar isə bu məfhum insanların idarə edilməsi mənasında işlənmişdir.
İdarəetmə fərdi təsərrüfat sahələrinin idarə edilməsindən tutmuş sənaye sahələrinin idarə edilməsinədək olan uzun bir dövrü keçmişdir. Başqa sözlə desək idarəetmənin inkişaf yolu aşağıdakı ardıcıllıqla getmişdir:
- mülkiyyət sahibi həm işçi olmuşdur;
- mülkiyyət sahibi həm də menecer olmuşdur;
- mülkiyyət sahibi təsərrüfatı idarə etmək üçün muzdlu menecerlər dəvət etmişdir;
- müəssisədə ayrı-ayrı menecment formaları yaranmışdır (marketinq, maliyyə, istehsal, satış və s.).
Dostları ilə paylaş: |