2. Menecmentin planlaşdırma funksiyası.
Planlaşdırma menecmentin ilkin funksiyasıdır və o, təşkilatın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mərhələlərini özündə birləşdirir. Plan–qarşıya qoyulan məqsədləri, onların məzmununu, ardıcıllığını, müəyyən müddət ərzində onlara nail olunması yollarına dair fikirləri və ideyaları özündə əks etdirir.
Planlaşdırma prosesi planların tərtib edilməsi ilə əlaqədar bir prosesdir. Planlaşdırma prosesi qərarların qəbul edilməsi və reallaşdırılması ilə əlaqədar təsəvvürlərin sistemləşdirilməsi mexanizmdir. Planlaşdırmanın idarəçilik fəaliyyəti baxımından aşağıdakı funksiyaları vardır:
1. Məqsədin müəyyən edilməsi.
2. Proqnozlaşdırma.
3. Layihələşdirmə.
4. Daxili koordinasiya.
5. Ehtiyatların bölüşdürülməsi.
Biznes-plan. Planlaşdırmanın həyata keçirilməsində biznes-planların əhəmiyyəti və mahiyyəti olduqca böyükdür. Biznes-planlar əsasən biznes sahələri üçün nəzərdə tutulan plan sənədidir. Biznes-planlar biznes sahələrinin inkişaf perspektivlərinin, iqtisadi səmərəliliyin göstəricisidir. Biznes-planlar müəssisənin sanki güzgüsüdür.
Biznes-planlar müəssisənin istehsal və maliyyə-təsərrüfat fəaliyyətinin geniş proqramıdır. Biznes-plan yeni ideyaların həyata keçirilməsini, mövcud istehsalın genişləndirilməsini əhatə edir. Həmçinin biznes-plan müəssisəsinin keçmiş, indiki və gələcək fəaliyyətinin qısa yazılmış şərhidir.
Menecmentin funksiyaları sırasında planlaşdırma başlıca funksiya olub, onun özünəməxsus xüsusiyyətləri vardır.
Dostları ilə paylaş: |