1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə73/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   69   70   71   72   73   74   75   76   ...   121
n.Menecment mühazirə

3. İnzibati metod

Menecmentin inzibati metodları aşağıdakılara əsaslanır:



- ölkənin və regionun qanunvericilik aktları sistemi;

- firmanın və yuxarı təşkilatların normativ-direktiv və metodiki sənədlər sistemi;

- plan, proqram və tapşırıq sistemi;

- operativ rəhbərlik sistemi.

Ölkənin qanunvericilik aktları sisteminə ölkə qanunları, göstərişlər, qərarlar, dövlət standartları, təşkilatlar və ölkə ərazisində tətbiq olunan digər normativ aktlar aid olunur.

Onların tərkibi, quruluşu, məzmunu və qarşılıqlı əlaqələrini təyin edərkən menecmentə elmi yanaşmalar nəzərə alınmalıdır.

Firmanın və yuxarı təşkilatın normativ-direktiv və metodiki sənədlər sisteminə standartlar, təlimatlar, habelə yalnız mövcud firma üçün göstərişlər, əmrlər, sərəncamlar daxildir.

Bir-biri ilə qarşılıqlı əlaqədə olan plan, proqram və tapşırıqlar sistemi də menecmentin inzibati metodlarına aiddir. Ona görə ki, bu sistemin pozulması bütün kollektivin stabil fəaliyyətini poza bilər.

İnzibati üsul idarə edənin idarə olunan obyektə bir­ba­şa və bilavasitə təsir üsuludur. İnzibati üsul məc­buredi­ci üsuldur və yüksək tələbkarlıq əsasında insanları fəaliy­yətə, icraçılığa, nizama, intizama sövq edir. Müəs­si­sə­lərin rəh­bərləri bu cür üsulların tətbiqi üçün əmr etmək, sərən­cam­lar, göstə­rişlər, tapşırıqlar vermək səlahiy­yət­lə­ri­nə malik­dirlər.

İnzibati metodlar qanunların, qaydaların rəhbərlərə ver­­diyi səlahiyyətlər əsasında həyata keçirilir. İnzibati metod normativ-sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati-sərəncam metod­la­rı­nın obyekti geniş və çoxcəhətlidir. Lakin bunu müəyyən is­ti­qamət üzrə təsnifata ayırmaq olar. İnzibati təsir meto­du­nun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların idarəetmə orqanları, əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdırılır və təkmilləşdirilir.

İnzibati idarəetmə subyektlərin birinin digərinə ta­beçi­liyi ilə bağlıdır. İnzibati idarəetmə hər hansı subyektin öz iradəsini bir tərəfli qaydada bildirməsi ilə əlaqədardır.

İnzibati idarəetmə işçilərin vəzifə və funksiyalarını müəy­yən­ləşdirir. İnzibati təsir üsulları aşağıdakı inzibati dav­ranış və hərəkətləri yerinə yetir­mək­lə həyata keçirilir: əmr et­mək­lə, tapşırıqlar, göstərişlər verməklə, diktə et­mək­lə, va­dar etməklə və s.

İnzibati üsulları aşağıdakı kimi təsnifləşdirmək olar:

1. Məcburedici (hərəkəti etməyə məcbur etmək üsu­lu).

2. Qadağanedici (hərəkəti etməyi qadağan etmək­ üs­u­­­­lu). Bu üsul inzibati tədbirlərlə, qorxutmaqla, hədə­lə­mək­lə həyata keçirilir.

3. Səlahiyyətverici.

4. Həvəsləndirici üsul.

İnzibatçılıq yüksək idarəetmə bacarığı və qabiliy­yətidir. İnzibati üsul müəssisədə qanun­ve­ri­cilik aktlarının, dövlət standartlarının və normativ sə­nəd­lərin tətbiqini, daxili qaydaların, təlimatların forma­laş­dırılmasını və onlara əməl edilməsini tələb edir.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin