1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


İqtisadi əlaqələrin formalaşması və inkişafında nəqliyyat amili



Yüklə 340,18 Kb.
səhifə8/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   4   5   6   7   8   9   10   11   ...   121
n.Menecment mühazirə

4. İqtisadi əlaqələrin formalaşması və inkişafında nəqliyyat amili

Bazar iqtisadiyyatı şəraitində istehsalın çoxsahəli inkişafında məhsuldar qüvvələrin ərazi təşkilində daxili və xarici iqtisadi əlaqələrin formalaşmasında nəqliyyat mühüm əhəmiyyət kəsb etməklə yanaşı öz aktuallığı ilə daim diqqət məzkəzində olmuşdur.

Təsərüffatın ərazi təşkilində, məhsuldar qüvvələrin yerləşdirilməsində nəqliyyat özünün çevikliyinə görə əsas aparıcı sahələrdən hesab edilir. Odur ki, nəqliyyatın özü inkişaf etdikcə iqtisadi-sosial sferaların mühüm tədqiqat obyektinə çevrilmişdir. Nəqliyyatın iqtisadi təşkilatı, texniki strukturası, onun əhatə dairəsi, nəqliyyatın problemləri tədqiq edilərkən onların nəzərə alınması vacib hesab edilir. Tədqiqat obyekti məsələsi onun subyekti ilə qarşılıqlı şəkildə əlaqədardır.

Nəqliyyat infrastrukturası ərazinin tədqiqat subyekti olduğuna görə onu nəqliyyat coğrafiyasının infrastrukturlarından biri hesab etmək olar. Burada ərazi mühüm əhəmiyyət kəsb edir, çünki nəqliyyatın bütün sahələri ərazi daxilində inkişaf edir, formalaşır və sonrakı istehsal prosesinə təsir etməklə iqtisadi əlaqələrin inkişafına zəmin yaradır.

Nəqliyyatın statistikasının məlumatlarının təhlili göstərir ki, nəqliyyat qovşaqlarının formalaşması hər hansı regionun, respublikanın və rayonun nəqliyyat konfiqurasiyasından və yük dövriyyəsindən asılıdır. Nəqliyyatın müasir tədqiqindən aydın olur ki, nəqliyyat təbii sərvətlərin öyrənilməsində və məhsuldar qüvvələrin ərazi üzrə yerləşməsində, iqtisadi-sosial inkişafın bütün sferalarında, həmçinin iqtisadi əlaqələrin formalaşmasında təsərrüfatın ayrılmaz tərkib hissəsi olmaqla mühüm iqtisadi əhəmiyyət kəsb edir.

İqtisadi əlaqələrin formalaşması nəqliyyatla bağlı olub, bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf edir. İqtisadi əlaqələr nəqliyyat coğrafiyasının 2-ci tərəfi olub istehsalın çoxsahəli inkişafı və ixtisaslaşması, təbii ehtiyatların zənginliyi və onların istehsalına şərait yaradan insan cəmiyyəti il sıx şəkildə bağlıdır.

İqtisadi əlaqələr vasitəsilə insanlar münasibətə girir və özlərinin maddi ehtiyatları olmadıqları halda daxili ehtiyaclarını ödəmək imkanlarına nail olurlar. Xüsusilə indiki bazar iqtisadiyyatı şəraitində iqtisadi əlaqələr konsepsiyasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Hər bir ölkə üçün iqtisadi əlaqələrin hər hansı bir mərkəz və yaxud inkişaf etmiş ölkə tərəfindən idarə edilməsi deyil, birbaşa ölkələrarası iqtisadi əlaqələrin hər bir ölkənin öz mövqeyinə uyğun sərbəst şəkildə idarə olunması iqtisadi əlaqələrin təkmilləşməsinə təsir etməklə birbaşa dünya bazarına çıxmağa şərait yaratmış olur. İqtisadi əlaqələr cəmiyyətin inkişaf istiqamətləri ilə əlaqədar olaraq inkişaf edir və formalaşır.

XX əsrin sonunda və XXI əsrin əvvəllərində dünya ölkələri dünya dövlətləri arasında daha da intensivləşməsinə zəmin yaratmışdır. İqtisadi əlaqələrin səmərəliliyinin artırılması dünya nəqliyyat sistemi qarşısında kifayət qədər qlobal problemlərin qaldırılması, xüsusilə qədim ipək yolunun bərpası, Avropa – Qafqaz – Asiya magistral nəqliyyat dəhlizinin işə düşməsi, dünyanın qərb və şərq ölkələri ilə iqtisadi əlaqələrin yeni zəmin üzərində formalaşmasına şərait yaratmışdır.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin