Elmi-texniki proqnozlaşdırmanın əsas prinsiplərinə sistemlilik, komplekslilik, fasiləsizlik, adekvatlıq və optimallıq aiddir.
Sistemlilik prinsipi proqnozlar arasında qarşılıqlı əlaqələrin olmasına əsaslanır.
Fasiləsizlik prinsipi proqnozlaşdırma obyekti haqqında yeni informasiyalar daxil olduqca proqnozlara düzəliş verilməsini tələb edir.
Proqnozların adekvatlılığı prinsipi təkcə aşkar olunma prosesi üçün deyil, həm də real iqtisadi proseslərin inkişafında qarşılıqlı əlaqələr və sabit meyllərin qiymətləndirilməsində obyektiv qanunauyğunluğu xarakterizə edir.
Proqnozlaşdırma üçün əsas informasiya mənbələri aşağıdakılardır:
- müəssisə və təşkilatın statistik, maliyyə-uçot və operativ hesabatları;
- ölkəmizdə və xarici ölkələrdə elm və texnikanın inkişafı üzrə xülasə, prospekt, kataloq və digər məlumatlar da daxil olmaqla elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin nəticəsi üzrə elmi-texniki sənədlər;
- patent-lisenziya sənədləri.
Ümumiyyətlə, elmi-texniki proqnozlaşdırmanın informasiya təminatı problemləri avtomatlaşdırılmış idarəetmə sisteminin inkişafı ilə kompleks surətdə həll olunmalıdır.
Dostları ilə paylaş: |