Mövzu 2. Nəqliyyat növlərinin təsnifatı
1. Növlərinə görə nəqliyyatın təsnifatı.
2. Dəmir yolu nəqliyyatı.
3. Dəniz və çay nəqliyyatı.
4. Hava nəqliyyatı.
5. Avtomobil nəqliyyatı.
6. Boru nəqliyyatı.
Logistik yük vahidlərinin daşınmasında istifadə olunan nəqliyyat vasitələri bir sıra əlamətlərə: təyinatına, növlərinə, əhatə və miqyasına görə qruplaşdırılır.
Növlərinə görə nəqliyyat əsasən aşağıdakılara bölünür:
- dəmir yolu;
- dəniz;
- avtomobil;
- hava;
- su;
- boru kəmər.
Sadalanan bu nəqliyyat növlərinin hər biri özünün yaranma və inkişaf tarixi, tətbiq miqyası və logistik yük vahidlərinin daşınması üzrə texnologiyaya malikdir.
Müxtəlif nəqliyyat növlərinin yük və sərnişin daşımalarda iştirakı bir-birindən kəskin surətdə fərqlənir. Bu ayrı-ayrı nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətlərindən, həm də yük alan və göndərən müəssisə və təşkilatların ərazicə yerləşdirilməsindən, daşıma prosesinin təşkili qaydasından, iş şəraitindən və s. asılıdır.
Hər bir nəqliyyat növü çoxsahəli mürəkkəb təsərrüfat olmaqla yanaşı özünün ərazi üzrə yerləşmə xüsusiyyətlərinə, texniki səviyyəsinə, spesifik istismar şərtlərinə malikdir. Bunların hamısı yükdaşımaların həyata keçirilməsinə sərf edilən əmək məsrəflərinin həcmini müəyyənləşdirir. Daha doğrusu, hər bir nəqliyyat növünün bu məsrəflərlə müəyyənləşdirilən səmərəli istifadə sferası mövcuddur.
Material axınlarının ilkin xammal mənbəyindən son istehlak yerlərinə qədər hərəkəti boyu aparılan logistik əməliyyatların əksəriyyəti sadalanan nəqliyyat növlərinin iştirakı ilə həyata keçirilir və əvvəl qeyd olunduğu kimi bu əməliyyatların həyata keçirilməsinə çəkilən xərclər ümumi logistik xərclərin 50%-ni təşkil edir. Lakin bu xərclərin hansı hissəsinin istehsaldaxili logistikada istifadə olunan nəqliyyat vasitələrinə və qalan digər hissəsinin isə magistral nəqliyyata aid olmasını müəyyənləşdirmək xüsusi hesablama işlərinin aparılmasını tələb edir.
Dostları ilə paylaş: |