3. İstehsal münaqişələrinin yaranması səbəbləri
Münaqişələrin yaranması səbəbləri aşağıdakılardan ibarətdir:
1. Ehtiyatların bölüşdürülməsi: Ən iri layihələrdə belə ehtiyatlar daima məhuddur. Rəhbərli materialları, insan ehtiyatlarını və mahiyyəti müxtəlif qruplar arasında necə bölüşdürməyi həll etməlidir. Məqsəd lahihənin daha effektli şəkildə həyata keçirilməsidir. Əgər, hər hansı bir qrupa, rəhbərliyə böyük hissə (pay) ehtiyat ayrılsa, onda bu o deməkdir ki, başqaları ictimai kəmiyyətdən daha az hissə (pay) götürmüş olacaqlar. Ancaq, adamlar isə, həmişə çox almağa can atırlar. beləliklə, ehtiyatları bölüşdürmək vacibliyi demək olar ki, münaqişəyə gətirib çıxarır. Məsələnin qarşlıqlı asılılığı o yerdə ki, bir adam və ya qrup məsələnin həll edilib yerinə yetirilməsi üçün digər adam və qrupdan asılıdırsa, bu zaman münaqişə ehtimalı (mümkünlüyü) hər yerdə mövcuddr. Məsələn, istehsalt bölməsinin rəhbəri öz tabeçiliyində olan işçiləri – təmir xidmətlərini avadanlığı lazımi qədər tez təmir etməməkdə günahlandıra bilər. Onların əmək məhsuldarlığının aşağı olmasını qeyd edə bilər. Təmir xidmətinin də rəhbəri öz növbəsində kadrlar xidməti bölməsini günahlandıra bilər ki, təmirçilərin ehtiyacı olan yeni fəhlələri işə götürməmilər. Necə ki, bütün təşkilatlar sistemli iş quruluşuna malikdirlər, qarşılıqlı asılılıq elementlərindən ibarətdirlər. Qeyri-bərabər işdə (bir adamın və ya bölmənin) məsələsinin qarşılıqlı asılılığı münaqişənin səbəbi ola bilər.
Təşkilati strukturların müəyyən tipləri də münaqişə ehtimalını (mümkünlüyünü) artırır. Təşkilatın matrisa strukturunda vahid rəhbərlik prinsipi pozulur. münaqişə ehtimalı həmçinin, funksional strukturlarda da olduqca yüksəkdir. Belə ki, hər bir iri funksional bölmə əsasən özünün şəxsi ixtisas sahəsinə nəzər-diqqət yetirir. O təşkilatlarda ki, təşkilati sxemin əsasını şöbələr (hər hansı bir əlamətlərinə görə) təşkil edir, onda qarşılıqlı asılılıq bölmələrinin rəhbərləri daha yüksək səviyyədə duran ümumi müdirə tabe olurlar. Bu zaman struktur səbəblərindən irəli çıxan münaqişə ehtimalının səviyyəsi aşağı düşür.
Məqsəd müxtəlifliyi zamnı münaqişə ehtimalı (mümkünlüyü) o ölçüdə artır ki, təşkilat daha ixtisaslaşmış olur və bölmələrə parçalanır. Bu ona görə baş verir ki, ixtisaslaşmış bölmələr öz məqsədlərini özləri ifadə edirlər. Həmin məqsədə çatmaq üçün daha artıq nəzər-diqqət yetirirlər. Bütünlükdə təşkilatın məqsədini güdürlər. Məsələn, satışın şöbəsi daha mxtəlif növlü (çeşidli) məhsulun buraxılışına təkid edirlər. Ona görə ki, bu onların burada rəqabət qabiliyyətini yüksəldir və satışın həcmini artır. Həm də «xərclər – gəlir» kateqoriyasına ifadə olunan istehsalat bölməsinin məqsədlərini yerinə yetirmək asandır. Bu zaman məhsulun nomenklaturası daha az müxtəlif növlü (çeşidli) olmalıdır. Buna oxşar şəkildə təchizat şöbəsi böyük həcmli xammal və materiallar almaq fikrinə düşə bilər. Məqsəd məhsulun vahidinin orta maya dəyərini aşağı salmaqdır. Elə bu zaman maliyyə şöbəsi də əmtəə-material ehtiyatları adı altında götürülmüş pulları istifadə etmək istəyə bilər. Həmçinin, investisiya edilmiş kapitala olan ümumi gəliri də artıra bilər.
Dostları ilə paylaş: |