4. İnformasiyanın verilməsinin qeyri-qənaətbəxşliyi. Bu münaqişənin səbəbi kimi həm də nəticəsidir. O münaqişəyə katalizator (qızışdırıcı) kimi təsir göstərə bilər, ayrı-ayrı işçilər və ya qrupa vəziyyəti dərk etməyə, başqalarının nöqteyi-nəzərini anlamağa mane olur. Rəhbərlik öz tabeçiliyində olan işçilərə iş haqqında hər bir informasiyanı çatdırmalıdır.
Münaqişəyə səbəb olan informasiyanın verilməsi digər yayılmış problemləri – bu, keyfiyyətin müxtəlif meyarlarından, bütün əməkdaşların və bölmələrin vəzifə öhdəlikləri və funksiyalarının dəqiq müəyyənləşdirilməsində olan bacarıqsızlıqdan ibarətdir. Həmçinin, bir araya sığmayan tələblərin irəli sürülməsidir. Bu problemlər rəhbərlərin tabeçiliyində olan işçilərə vəzifə borclarının dəqiq işlənib çatdırıla bilməməsi üzündən də baş verə və dərinləşə bilər. Hər hansı bir idarəetmə şəraiti özündə münaqişənin potensial mənbələrini saxlayır. Şərait nə qədər mürəkkəb olsa, münaqişə üçün bir o qədər çox səbəb, onun baş verməsinə ehtimal çox olacaqdır. Münaqişə iştirakçılarının reaksiyası (münasibəti) iki cür ola bilər : güzəştə getmək və ya «öz dediyi üstündə durmaq». Qarşılıqlı güzəşt əsasında münaqişə baş vermir və sistem əsas vəziyyətinə qayıdır. Mübahisə halında isə münaqişə başlayır.
Dostları ilə paylaş: |