1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Müəssisənin müflisləşməsinin əlamətləri



Yüklə 340,18 Kb.
səhifə117/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   113   114   115   116   117   118   119   120   121
n.Menecment mühazirə

2. Müəssisənin müflisləşməsinin əlamətləri

Biznesin xarici və daxili mühitinə aid olan amillərin neqativ təsiri nəticəsində müəssisənin müflisləşməsinin əlamətləri görünməyə başlayır. Müəssisənin böhran vəziyyəti haqqında ciddi xəbardarlıq kimi müəssisənin bu və ya digər tədbirinə qarşı biznes üzrə şəriklərin, bankirlərin, kreditorların və məhsul alıcılarının mənfi reaksiyası çıxış edir. Bunu müəssisənin bəzi bölmə və firmalarının açılması və ya bağlanması,əsaslandırılmamış şəkildə təchizatçıların dəyişdirilməsi və müəssisənin yeritdiyi strategiyada baş verən digər dəyişiklikləridə görmək olar. İdarəetmə strukturunda baş verən dəyişikliklər,yuxarı təbəqələrdə psixoloji iqlimin dəyişilməsi də böhran haqqında xəbər verir. Adətən müəssisənin iflası yuxarı idarəetmə səviyyələrində baş verən münaqişələrdən başlayir.

Firmanın müflisləşməsini göstərən ilkin əlamətlər arasında xüsusi yeri maliyyə göstəricilərinin dəyişməsi tutur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə əgər müəssisə cari ödəmələri üç ay ərzində yerinə yetirə bilmirsə ona artıq müflisləşmə prosedurası tətbiq edilməlidir. Mühasibat və maliyyə hesabatlarının göndərilməsi,onların əsasında maliyyə və iqtisadi göstəricilərin diyişilməsinin müəyyənləşdirilməsi, mühasibat balansındakı aktiv və pasiv maddələrin dəyişməsi onlar arasında olan müəyyən proporsianallığın itməsi maddi ehtiyatların artması və ya azalması, məhsullara qeyri-real yüksək və ya aşağı qiymətlərin qoyulması və nəhayət müəssisənin mənfəətinin azalması, onun səhmlərinin qiymətdən düşməsi müəssisənin böhranlı vəziyyətinə dəlalət edir.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin