1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Müəssisənin yenidən qurulması və sağlamlaşdırılması problemləri



Yüklə 340,18 Kb.
səhifə120/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   113   114   115   116   117   118   119   120   121
n.Menecment mühazirə

4. Müəssisənin yenidən qurulması və sağlamlaşdırılması problemləri

Müflisləşmiş müəssisənin yenidən qurulması onun strukturu və fəaliyyəti istiqamətinin dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər. Bu məqsədlə yenidənqurmanı təşkilatçısı müəssisənin əmlakının hamısını və ya müəyyən həssəsinin digər təsərrüfat subyektinə sata bilər. Adətən borclu müəssisə və ya onun əmlakının mülkiyyətçisinin nümayəndəsi əmək kollektivi və kreditorların bir hissəsi yenidənqurma yolu ilə müəssisənin sağlamlaşdırılmasına başlanılmasında maraqlı olurlar. Borclu müəssisənin yenidən qurulmasının 2 forması vardır:

1. Borclunu əmlakının xaricdən (kənardan) idarə edilməsi zamanı müəssisənin idarə edilməsi arbitraj rəhbərinə keçir. O, arbitraj məhkəməsi tərəfindən təyin edilir və kreditorlar tərəfindən hazırlanan plan əsasında fəaliyyət göstərir. Bu planda müəssisənin tədiyyə qabiliyyətinin bərpa edilməsi və ya əmlakın bir hissəsinin satılması yolu ilə kreditorların tələblərinin yerinə yetirilməsi nəzərdə tutulur.

2. Sanasiya formasından istifadə zamanı borclu müəssisənin tədiyyə qabiliyyətinin bərpa etmək üçün sağlamlaşdırma müsabiqəsində qalib gəlmiş hüquqi və ya fiziki şəxs tərəfindən maliyyə yardımı göstərilir. Sağlamlaşdırma müsabiqəsində borclu müəssisə hər-hansı bir səhmdar və ya kreditor, habelə hüquqi və fiziki şəxslər iştirak edə bilər. Hansı hüquqi və ya fiziki şəxsin borclu müəssisənin sağlamlaşdırılması tədbirlərin özündə birləşdirən biznes planı (sanasiya layihəsi) məhkəmə tərəfindən qənaətbəxş hesab olunursa, o da sanasiyanı həyata keçirir

Müəssisənin maliyyə vəziyyətinin sağlamlaşdırılması böhranlı vəziyyətlərin idarə edilməsinin mühüm tərkib hissəsi kimi çıxış edir. Böhranlı vəziyyəti olan hər bir müəssisə üçün ayrıca səmərəli sanasiya tədbirləri seçilməlidir. Lakin bununla belə bir çox müəssisələrin böhran şəraitindən çıxış yollarını öyrənməklə sanasiyanı ümumi qayda və tədbirləri müəyyənləşdirilmişdir.

Sanasiyanın xarakterinə görə nəzərdə tutulan tədbirlər və qaydalar geniş yayılmış aşağıdakı iki növ taktikada cəmlənmişdir:

1. Müdafiə taktikası

2. Hücum taktikası

Birinci taktikanın müdafiə taktikası adlanması onunla bağlıdır ki, o qoruyucu, müdafiə xarakterli tədbirlərə əsaslanır. Buraya maya dəyəri xərclərinin ixtisarı, bəzi istehsal və idarəetmə bölmələrinin bağlanması, istehsalın və satışın azaldılması və heyətin ixtisar olunması tədbirləri daxildir. Bunlar da istehsal və satışla əlaqədar olan bütün xərclərin ixtisarını nəzərdə tutur. Bu da məhsul və xidmətlərin istehsalında mənfəətin azalmasına gətirib çıxarır. Belə taktikadan müəssisə əlverişsiz xarici mühitə malik olduqda istifadə edir. Müflisləşmiş müəssisənin sağlamlaşdırılmasında hücum taktikasından istifadə etmək daha çox səmərə verir. Bu zaman operativ tədbirlərə nisbətən daha çox strateji tədbirlərə üstünlük verilir.

Hücüm taktikasının əsasını istehsal ehtiyatlarından istifadə, aktiv marketinq, daha yüksək qiymət siyasəti, istehsalın təkmilləşdirilməsinə çəkilən xərclərin artırılması, əsas istehsal fondlarının yeniləşdirilməsi, perspektiv və qabaqcıl texnologiyaların tətbiqi, habelə idarəetmənin təkmilləşdirilməsi təşkil edir.

Firma aşağıdakı üsullarla öz istehsal gücünü genişləndirə bilər:

- daxili maliyyə resursları vasitəsilə mövcud istehsal gücünün genişləndirilməsi;

- digər firmalarla qovuşma;

- müştərək müəssisənin yaradılması və şirkətlərin istehsal resurslarının birləşməsi;

- lazım olan avadanlığın və ya istehsal sahəsəni icarəsi;

- podrat müqaviləsi əsasında birgə tikintinin aparılması.

Bunlardan hansının seçilməsi isə sanasiya lahiyyəsini hazırlayanlardan asılıdır.

Firmanı sağlamlaşdırmaq üçün onun idarə edilməsi sistemi də təkmilləşdirilməlidir. Menecmentin müasir tələblərinə uyğun olaraq təşkilati quruluşda müvafiq dəyişikliklər aparılmalı və hakimiyyət xətti dəqiqləşdirilməlidir. Yeni yaradılan istehsal və funksional bölmələrin fəaliyyətləri, vəzifələri və səlahiyyətləri açıqlanmalıdır. Kənardan cəlb edilən menecerlərin tutduğu vəzifələr və onların ixtisas bacarığı da burada göstərməlidir.

Beləliklə sanasiya layihəsinin hazırlanması və həyata keçirilməsi müəssisənin müflisləşmədən çıxmasına şərait yaradan mühüm addımdır.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin