1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə121/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   113   114   115   116   117   118   119   120   121
n.Menecment mühazirə

5. Müflisləşmə və sosial idarəetmə

İşgüzar aləmdə fəaliyyət göstərən firmalar investorların, işçi heyətinin, alıcıların və bütövlükdə cəmiyyət qarşısında məhsuliyyət daşıyır. Müasir dövrdə işgüzar müəssisə ilə cəmiyyətin qarşılıqlı münasibət məsələləri mühüm aktuallıq kəsb etməyə başlamışdır.

Menecmentin beynəlxalq nəzəriyyə və təcrübəsinə görə biznesin cəmiyyətlə münasibəti üzrə iki konsepsiya mövcudur.

Birinci konsepsiyaya görə biznes yalnız mənfəət qazanmaq üçün məqsədyönlü şəkildə fəaliyyət göstərməlidir. İqtisadi funksiyanı yerinə yetirməklə biznes cəmiyyət üzvlərini işlə təmin edir, səhmdarlara divident verir, istehlakçıları lazım olan əmtə¬ələrlə təmin edir. A.Smit göstərirdi ki, mənfəətə canatma cəmiyyət tərəfindən minimum məhdudiyyətlər qoyulmaqla həyata keçirildikdə sahibkarlıq cəmiyyətə daha yaxşı xidmət göstərir.

İkinci konsepsiyaya görə biznes fəaliyyəti iqtisadi məqsəd və vəzifələrlə məhdudlaşmalıdır. O, öz fəaliyyətinin işçilərə, istehlakçılara və yerli sakinlərə təsirinin insani və sosial aspektlərini nəzərə almalı və ümumiyyətlə cəmiyyətin sosial məqsədlərinin həll olunmasına yardımçı olmalıdır. Bu nöqteyi-nəzərdən biznes öz işçiləri və cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır.

Bizim fikrimizcə bu konsepsiyaların hansından isifadə olunması milli iqtisadiyyatın vəziyyətindən asılıdır. İkinci konsepsiyadan sağlam milli iqtisadiyyatda, müəssisələrin rentabelli-işləməsi dövründə və birinci konsepsiyadan isə iqtisadiyyat böhran keçirdiyi və müəssisələr kütləvi şəkildə zərərlə işlədiyi dövrdə istifadə etmək məqsədəuyğundur.




Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin