Bu nəqliyyat növü ilə daşımaların aşağıdakı növləri mövcuddur:
- portlararası daşıma - kiçik kabotaj. Bir dənizin iki portu arasında həyata keçirilən daşımalar portlararası daşımalar hesab olunur. Məsələn, Bakı – Türkmənbaşı , Bakı - Mahaçqala və Bakı-Həştərxan;
- birbaşa daşıma – böyük kabotaj. Müxtəlif dənizlərlə respublika limanları arasındakı daşımalar birbaşa daşımalar adlanır. Məsələn, Bakı-Həştərxan-Volqoqrad-Rostov- Novorossiysk;
- qarışıq daşımalar. Dəniz-çay-dəmir yolu-avtomobil nəqliyyatı ilə daşımalara qarışıq daşımalar deyilir. Məsələn, Rostov - Bakı (Volqa çayı) – Türkmənbaşı (Xəzər dənizi);
Dostları ilə paylaş: |