- xarici daşımalar. Xəzər dənizinin sahilindəki limanlarla xarici ölkələrin dəniz limanları arasındakı yükdaşımalar xarici yükdaşımalar adlanır.
Dəniz nəqliyyatı bir sıra üstünlüklərə malikdir. Bu nəqliyyat növü nisbətən az vəsait tutumludur. Yüklərin daşınması üçün təbii yollardan istifadə olunması əlavə istismar xərcləri tələb etmir. Dəniz nəqliyyatı yollarının buraxıcılıq qabiliyyəti, demək olar ki, tükənməzdir, xüsusi yanacaq və enerji sərfi azlıq təşkil edir. Bunun əsas səbəbi dəniz yollarının maneəsiz olması nəticəsində gəminin yükgötürmə qabiliyyətinin də yüksək olmasıdır.
Dəniz nəqliyyatı bir sıra nöqsan cəhətlərə malikdir. Bu hər şeydən əvvəl dəniz sahilində böyük liman təsərrüfatının (infrastrukturun) yaradılması ilə bağlıdır. Dəniz nəqliyyatı vasitəsilə yüklərin daşınması zamanı bu yüklərin limana gətirilməsi və ya limandan təyinat məntəqəsinə nəql edilməsi kimi ilkin və son əməliyyatlar avtomobil nəqliyyatı vasitəsi ilə yerinə yetirilir və onun digər nəqliyyat növləri ilə müqayisədə istismar sürəti çox aşağıdır (təqribən saatda orta hesabla 22-23 km/saat).
Göründüyü kimi dəniz nəqliyyatı daşımanın maya dəyərinin aşağı, yükgötürmə qabiliyyətinin yüksək və yolların isə maneəsiz, keçilən olmasına görə üstün cəhətlərə malikdirsə, məhsulların «dəqiq vaxtında», «kanban» metodu ilə təyinat məntəqələrinə çatdırılmaması və yük daşımaların məhdudluğu kimi mənfi cəhətlərlə də xarakterizə edilir. Odur ki, bu nəqliyyat vasitələrindən istifadə edən zaman logistik sistemin iştirakçıları bu və ya digər cəhətlərə görə onlar üçün əlverişli variantları müəyyənləşdirir və seçirlər. Daha doğrusu, bunun üçün müvafiq texniki-iqtisadi əsaslandırmalar aparmaqla yüklərin hərəkəti boyu iqtisadi qazanclar və ziyanlar müqayisəli təhlil olunur və iqtisadi kompromislər əsasında dəniz nəqliyyatından istifadənin əlverişliliyi haqqında logistik qərarlar qəbul edilir.
Dostları ilə paylaş: |