1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Mövzu 3. Nəqliyyat vasitələrinin seçilməsinə təsir edən amillər



Yüklə 340,18 Kb.
səhifə21/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   17   18   19   20   21   22   23   24   ...   121
n.Menecment mühazirə

Mövzu 3. Nəqliyyat vasitələrinin seçilməsinə təsir edən amillər

1. Ayrı-ayrı nəqliyyat vasitələrilə nəql edilən logistik yük vahidlərini nəqletmə növləri üzrə təsnifatı

2. Unimodal (bir növlü) nəqletmə, qarışıq yükgöndərmələr, kombinələşdirilmiş nəqletmə və intermodal (inteqrativ) daşımalar

3. Terminal daşımalar

4. Multimodal və intermodal daşımalar

5. Nəqliyyat vasitələrinin seçilməsinə təsir edən amillər
Material resurslarının tədarükü və daşınması prosesində, habelə hazır məhsulun istehsalçılar və ya logistik vasitəçilər tərəfindən çoxsəviyyəli logistik kanallar arasında bölüşdürülməsində və məhsulların son təyinat məntəqəsinə çatdırılması işinin təşkilində müxtəlif nəqletmə marşrutlarından və nəqliyyat vasitələrindən istifadə olunur.

Firma və ya müəssisələrin logistik menecerləri hər şeydən əvvəl xüsusi nəqliyyat parkının yaradılması və ya istifadəsi zəruri hesab olunan nəqliyyat vasitələrinin bu və ya digər növünün icarəyə götürülməsi kimi problem məsələni həll etməlidirlər. Məqsədəuyğun - alternativ variantın seçilməsi zamanı menecerlər konkret meyarlar sisteminə əsaslanırlar. Bura bir qayda olaraq aşağıdakı meyarlar daxildir:

- xüsusi nəqliyyat parkının yaradılması (icarə və ya nəqliyyat vasitələrinin lizinq xidmətinə götürülməsi) və istismarına çəkilən məsrəflər;

- yükdaşımalarda iştirak edən nəqliyyat-ekspedisiya, nəqliyyat və digər logistik vasitəçilərə göstərdikləri xidmətlərə görə ödənilən haqlar və onun səviyyəsi;

- nəqletmənin sürəti (vaxtı);

- nəqletmənin keyfiyyəti (yüklərin daşınması və saxlanması etibarlılığı) aid edilir.

Xüsusi nəqliyyat parkının yaradılması, nəqliyyat vasitələrinin alınması və bu nəqliyyat parkına xidmət göstərən istehsal-texniki bazanın və nəqliyyat infrastrukturunun formalaşması üçün böyük kapital qoyuluşları tələb olunur. İstehsal-texniki bazanın və nəqliyyat infrastrukturunun formalaşması üçün tələb olunan maliyyə vəsaitləri nəqliyyat departamentləri tərəfindən müxtəlif təyinatlı və böyük həcmli yük partiyalarının müntəzəm, keyfiyyətli və etibarlı daşınmasına zəmanət verir. Lakin nəzərə almaq lazımdır ki, iri partiyalarla müntəzəm yükdaşımaları yalnız müxtəlif növ nəqliyyat vasitələri parkına malik firma və ya agentliklər həyata keçirə bilər və bu qeyd olunan göstəricilərin (keyfiyyət, etibarlılıq, daşınmanın maya dəyərinin az olması və s.) yaxşılaşdırıl­masına da məhz bu firma və agentliklərdə nail olunur. Bütün bunlarla yanaşı alternativ seçim çoxlu meyarlar kompleksi nəzərə alınmaqla qiymətləndirilməli və aparılmalıdır.

İstehsalçı müəssisə və firmalar əksər hallarda yükdaşımalar üzrə ixtisaslaşmış nəqliyyat firmalarının xidmətindən istifadə olunmasına daha aktiv formada səy göstərirlər.




Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin