Ayrı-ayrı nəqliyyat vasitələrilə nəql edilən logistik yük vahidlərini nəqletmə növləri üzrə aşağıdakı kimi təsnif etmək olar:
- unimodal;
- qarışıq;
- kombiləşdirilmiş;
- intermodal;
- terminal;
- multimodal.
Təsnifatda verilən bu və ya digər nəqletmə növünün seçilməsi üçün aşağıdakı logistik prosedurların yerinə yetirilməsi tələb olunur:
- nəqletmə növünün seçilməsi (bəzən logistikaya aid edilən ədəbiyyatlarda daşınmanın üsulları və nəqletmə sistemi adlanır);
- nəqliyyat növünün və ya bir neçə nəqliyyatın seçilməsi;
- nəqletmə prosesində iştirak edən əsas və köməkçi logistik vasitəçilərin seçilməsi.
Sadalanan bu prosedurlar logistik sistemin xarici mühitinə qoyulan tələblər (məhdudiyyətlər) nəzərə alınmaqla bir meyar və ya meyarlar sistemi əsasında həyata keçirilir. Logistik sistemin xarici mühitinə qoyulan tələblər (məhdudiyyətlər) bir qayda olaraq mikro və makro mühiti əhatə edən amillər və ya xarici logistik sistemin məqsəd funksiyası ilə şərtləşir. Məsələn, məhsulların fiziki bölüşdürülməsi sistemində tələblər (məhdudiyyətlər) hazır məhsulun daşınması zamanı nəqletməyə, yüklərin kəmiyyət və keyfiyyətcə saxlanmasına, anbarlaşdırma və ya yüklərin bir nəqliyyat vasitəsindən digər nəqliyyat vasitəsinə yüklənməsini həyata keçirən logistik sistemlərin dislokasiyasına yönəldilir.
2. Unimodal (bir nölü) nəqletmə, qarışıq yükgöndərmələr, kombinələşdirilmiş nəqletmə və intermodal (inteqrativ) daşımalar
Dostları ilə paylaş: |