Nəqletmə üçün əhəmiyyətli rolu kommersiya (CompuSeve, America Online, Reicom) və qeyri-kommersiya (Internet) sputnik rabitə sistemləri və nəqliyyat vasitələri üçün naviqasiya (Inmarsat – C, GPS) xarakterli beynəlxalq kommunikasiya şəbəkələri yerinə yetirir.
5. Nəqliyyat vasitələrinin seçilməsinə təsir edən amillər
Beləliklə, müxtəlif təyinatlı logistik yükləri konkret məntəqələr arasında müxtəlif nəqliyyat vasitələrilə daşımaq mümkündürsə, onda bu işin səmərəli və əlverişli aparılması üçün texniki-iqtisadi hesablamaların yerinə yetirilməsi lazım gəlir. Hesablamalar müxtəlif variantlar üzrə aparılır. Optimal variantın seçilməsi üçün əsas göstəricilər kimi yükün son təyinat məntəqəsinə çatdırılması müddəti və istismar xərclərinin həcmi mütləq nəzərə alınmalıdır. Aydındır ki, müxtəlif nəqliyyat növləri üzrə bu göstəricilər bir-birindən kəskin fərqlənir. Ona görə də ayrı-ayrı nəqliyyat növlərinin üstünlüklərini nəzərə almaq üçün onların aşağıdakı texniki-iqtisadi göstəricilərini bir-birilə müqayisə etmək lazımdır:
Dostları ilə paylaş: |