- nəqletməyə çəkilən minimum məsrəflər;
- yüklərin göndərilməsi tezliyi;
- yük qrafiklərinə maksimum riyaət olunması etibarlılığı;
- nəqliyyat ehtiyatları ilə bağlı minimum məsrəflər (ziyanlar);
- nəqliyyat vasitələrinin yükləri istənilən yerə çatdırması imkanları;
- məhsullar üzrə differensiasiya;
- nəqletmə müddəti;
- təhlükəsizlik və s.
Daşınmaya çəkilən məsrəflər bilavasitə həm müəyyən həcmdə yüklərin daşınmasına (nəqliyyat işlərinin yerinə yetirilməsinə) görə nəqliyyat tariflərindən, həm də nəqliyyat – ekspedisiya əməliyyatlarına (yükləmə-boşaltma, taralaşdırma, yenidən yükləmə, sortlaşdırma və s.), yəni fiziki bölüşdürmə ilə əlaqədar logistik əməliyyatlara çəkilən məsrəflərdən ibarətdir. Nəqletməyə çəkilən məsrəflər nəqliyyat növünün və daşıma üsullarının seçilməsi üçün əsas meyar rolunu oynayır.
Yüklərin nəqletmə müddəti (tranzit vaxtı) həm alternativ seçimin aparılması zamanı prioritet göstəricilər üzrə daşınmaya çəkilən məsrəflərin, həm də müasir JIR, QR, DDT logistik konsepsiyaların müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən yüklərin təyin edilən müddətdə son təyinat məntəqələrinə bütün bərabər şərtlər daxilində çatdırılması daşıma marşrutlarının və ya sxemlərinin düzgün seçilməsini və onların etibarlı olmasını təsdiqləməklə hazır məhsul satışı bazarında əhəmiyyətli dərəcədə rəqabət üstünlüklərini təmin edir, məhsul differensiasiyası strategiyasının tətbiq edilməsinə imkan yaradır.
Konkret nəqliyyat növünü seçən logistik menecmentin nəqliyyatın texniki-istismar göstəricilərini, daşıma imkanlarını və bu nəqliyyat vasitələrindən istifadənin əlverişli olmasını, nəqliyyatın coğrafi baxımdan heç bir məhdudiyyətlə rastlaşmaması kimi amilləri mütləq nəzərə alması lazımdır.
Nəhayət, nəqliyyat vasitələrinin seçilməsi zamanı mühüm şərtlərdən biri də yüklərin hərəkəti boyu nəqliyyat vasitələrinə qoyulan beynəlxalq ekoloji, habelə yüklərin kəmiyyət və keyfiyyətcə qorunması, saxlanmasını təmin edən standart tələblərdən ibarətdir.
Qeyd edilən bu amillərin müxtəlif ekspertlər tərəfindən qiymətləndirilməsi göstərir ki, sadalanan göstəricilər içərisində nəqliyyat vasitələrinin seçilməsi zamanı əsasən aşağıdakı amillərə daha çox üstünlük verilir:
Dostları ilə paylaş: |