- məhsulların yüklənməsi müddətindən;
- məhsulların istehlakçılara konkret məkanda satıcılar tərəfindən təhvil verilməsi qaydalarından;
- yük daşıyanın adından;
- limanların, dəmir yolu stansiyalarının, sərhəd keçid məntəqələrinin, yükləmə məntəqələrinin adından;
- yükləmə-boşaltma işlərinə çəkilən məsrəfləri ödəyəcək tərəfin müəyyənləşdirilməsindən;
- üçüncü ölkənin ərazisindən keçən tranzit yüklərinin daşınmasına görə hesablaşmaların qaydasından;
- agent, broker, operator, ekspeditor və s. vasitəçilərin təyin edilməsi və onlarla hesablaşmanın aparılması qaydasından;
- nəqliyyat risklərinin sığortalaşdırılması qaydasından;
- yükü müşahidə edən sənədlərdən asılıdır.
Yüklərin nəqletmə prosesinin logistik iştirakçıları bir-biri ilə müqavilə münasibətlərinə girirlər. Bu müqavilələr bir-birindən nəqliyyatın növünə, daşınmanın üsullarına və digər amillərə görə fərqlənən çoxsaylı sənədlərlə rəsmiləşdirilir.
Dostları ilə paylaş: |