2. Yük tariflərinin iqtisadi mahiyyəti və formalaşması.
Özünün iqtisadi təbiətinə görə yük tarifləri yüklərin nəql edilməsi üzrə göstərilən xidmətlərin qiymətidir. Yük tarifləri logistik sistemin ilkin mərhələsi (istehsal sferası) ilə son mərhələsinin (istehlakın) iqtisadi maraqlarını düzgün uzlaşdırmaqla logistik kanallarda məhsulların əlverişli yerləşməsinə imkan verir.
Yük tarifləri milli iqtisadiyyatımız üçün mühüm hesab olunan:
- ölkəmizdə məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi;
- sənayenin ilkin xammal, material mənbələrinə yaxın yerləşdirilməsi və yeni rayonların inkişafı;
- müxtəlif nəqliyyat vasitələri arasında logistik yük vahidlərinin rasional bölüşdürülməsi;
- bütün növ nəqliyyat vasitələri parkından maksimum istifadə olunması, izafi və təkrar daşımaların aradan qaldırılması; nəqliyyatda təsərrüfat hesabının möhkəmləndirilməsi;
- ölkədaxili iqtisadi regionlar, habelə dövlətlərarası iqtisadi əlaqələrin inkişafı kimi mühüm vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Dostları ilə paylaş: |