1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Dayanıqlı (ciddi) tarif dərəcələri



Yüklə 340,18 Kb.
səhifə47/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   43   44   45   46   47   48   49   50   ...   121
n.Menecment mühazirə

Dayanıqlı (ciddi) tarif dərəcələri ayrı – ayrılıqda hər bir gəmiçilik departamentləri üzrə kiçik kabotajlı ixtiyari yük növünün daşınması üçün müxtəlif olduğu halda, iri kabotajlı yüklərin daşınması üçün isə bu tarif dərəcələri differensiallaşdırılır. Belə ki, birinci qrup yüklər üçün müəyyən edilən tarif dərəcələri ən yüksək, sonuncu - 16-cı qrupa mənsub edilən yüklər üçün isə ən aşağı olur.

Mövzu 5. Dünya nəqliyyat sistemi və Azərbaycan Respublikasının nəqliyyat sistemi

1. Dünya nəqliyyat sisteminin mahiyyəti

2. Beynəlxalq nəqliyyat sisteminin dünya təsərrüfat proseslərində rolu

3. Nəqliyyat qovşaqlarının inkişafının zəruriliyi və qanunauyğunluqları

4. Nəqliyyat qovşaqlarının müasir-texniki vəziyyəti və onların yükdaşıma qabiliyyətinin təhlili

5. Azərbaycan Respublikasının nəqliyyat sistemi
Dünya nəqliyyat sistemi mürəkkəb quruluşa və çoxlu sayda elementlərə malikdir. Bunlara ilk növbədə yüksək standartlara cavab verən nəqliyyat kommunikasiyaları, nizamlayıcı nəqliyyat heyyətləri və nəqliyyat vasitələri, yükləmə-boşaltma mərkəzləri, logistika anbarları, müştərilərə xidmət vasitələri, yükdaşıma proseslərinin idarə edilməsi qurguları və strukturları, beynəlxalq nəqliyyat potoklarının effektivli idarə edilməsi mexanizmləri, nəqliyyat vasitələrinin dünyanın istənilən yerində təhlükəsiz və maneəsiz hərəkətini təmin edə biləcək beynəlxalq qaydalar-rejimlər, etibarlı beynəlxalq hüquq bazası, mükəmməl konvensiyalar, sazişlər və s. daxildirlər.

Dünya nəqliyyat sistemi dünya ölkələrini birləşdirən bir mexanizm kimidə xarakterizə edilə bilər. Bu insanların bir ölkədən digər ölkələrə getmələri və beynəlxalq yük daşimalarının təşkili prosseslərinin canli bir mexanizm kimi daimi olaraq işlək vəziyyətdə, yəni işlək rejimdə olması ilə izah olunur.

Beynəlxalq nəqliyyat sistemi müxtəlif nəqliyyat növləri əsasında formalaşır. Bunlara dəniz, avtomobil, hava, dəmir yolu və boru kəmərləri nəqliyyatları aiddirlər.

Beynəlxalq yük daşımalarında üstünlük ilk növbədə malların birbaşa təyinat ünvanına çatdırılmasını təmin edən nəqliyyat növlərinə önəm verilir. Daşıma xərclərinin səmərəliliyinə uygun nəqliyyat vasitələrinin seçilməsi də dünya praktikasında geniş yayılmışdır.


Beynəlxalq nəqliyyat sisteminin tərkib hissəsinə - beynəlxalq dəmir yolu, beynəlxalq dəniz, beynəlxalq hava, beynəlxalq avtomobil, beynəlxalq su (çay) və beynəlxalq boru kəməri nəqliyyat vasitələri daxildirlər.

Beynəlxalq nəqliyyat sisteminin beynəlxalq hüquq mexanizminə və mənbələrinə - beynəlxalq müqavilələr, o cümlədən konvensiya, saziş və razılaşmalar, həmçinin milli qanunvericilik aktları, məsələn qanun, məcəllə və nizamnamə aiddirlər.



Beynəlxalq nəqliyyat sisteminin və beynəlxalq nəqliyyat əməliyyatlarının rolunu xarakterizə edən əsas amillərə aşağıdakılar aiddir:

1. Beynəlxalq nəqliyyat daşımalarının effektivli təşkili.

2. Beynəlxalq nəqliyyat dəhlizlərindən və kommunikasiyalarından daha səmərəli istifadənin təmin olunması.

3. Dövlətlərarası nəqliyyat münasibətlərinin təkmilləşdirliməsi və genişləndirilməsi.

4. Beynəlxalq nəqliyyat konvensiyalarının və sazişlərinin qorunması, koordinasiyası və təkmilləşdirilməsi.

5. Beynəlxalq nəqliyyat daşımlarına məsuliyyətin artırılması, sığorta və nəqliyyat təhlükəsizliyinin təmin olunması.

6. Milli nəqliyyat qanunvericiliyinin və beynəlxalq nəqliyyat münasibətlərinin nizamlayıcı mexanizmlərinin təkmilləşdirilməsi.

7. Beynəlxalq yük, sərnişin və baqaj daşımaları qaydalarının nizamlanlması.

8. Neft, qaz və digər məhsulların beynəlxalq boru kəmərləri nəqliyyatı vasitəsilə nəqli zamanı yaranan nəqliyyat-daşıma münasibətlərinin formalaşdırılması və nizmalanması.

9. Beynəlxalq nəqliyyat hüquqi mexanizminin tənzimlənməsi və s.



Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin