1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Nəqliyyat qovşaqlarının müasir-texniki vəziyyəti və onların yükdaşıma qabiliyyətinin təhlili



Yüklə 340,18 Kb.
səhifə49/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   45   46   47   48   49   50   51   52   ...   121
n.Menecment mühazirə

4. Nəqliyyat qovşaqlarının müasir-texniki vəziyyəti və onların yükdaşıma qabiliyyətinin təhlili

Müasir şəraitdə dünya ölkələri arasında gedən inteqrasiya prosesləri bir sıra sosial-iqtisadi amillərlə yanaşı yük daşımalarının intensivləşməsinə təsir göstərmişdir. Yük daşımanın tənzimlənməsini təmin etmək üçün hər bir nəqliyyat növündən səmərəli istifadə olunmaqla yanaşı hər bir qovşağın və iri stansiyaların yük tutumunun, ötürücülük qabiliyyətinin və texniki-iqtisadi göstəricilərinin müəyyən olunması mühüm iqtisadi əhəmiyyət kəsb edir.

Xüsusilə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində tranzit yükdaşımanın intensivləşməsi ilə əlaqədar olaraq dəhlizə aid edilən bütün qovşaqların bilavasitə Avrasiya ölkələri arasında mərkəzi mövqe tutduğunu nəzərə alaraq mühüm nəqliyyat qovşaqlarının texniki-iqtisadi göstəricilərinin müəyyənləşməsi və təhlilinin aparılması məqsədəuyğun hesab edilir.

Bakı nəqliyyat qovşağı respublika daxili yük və sərnişin daşınması funksiyasını yerinə yetirməklə yanaşı, beynəlxalq yükdaşınmasının tənzimlənməsində də mühüm rol oynayır. Bütün istiqamətlərdə dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə qovşağa daxil olan ümumi yüklərin 16.3%-i kimya məhsulları, 29%-i çörək məhsulları, 4%-i yeyinti-sənaye məhsulları, 6%-i meşə materialları, 9.7%-i isə digər sənaye məhsulları təşkil edir.

Qovşağın əlverişli coğrafi məkanda yerləşməsi daxili və xarici yük əməliyyatlarının yerinə yetirilməsində yük gərginliyinə məruz qalır. Xüsusilə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işə düşməsi və onun Azərbaycan ərazisində, o cümlədən Bakı nəqliyyat qovşağında mərkəzləşməsi bütün nəqliyyat sahələrinin intensiv fəaliyyətini tələb edir.

Mühüm dəmir yolu məntəqələrində yüklərin doldurulub-boşaldılması üçün mexanikləşdirmənin müasir tələblər səviyyəsində aparılması vacibdir. Eyni zamanda qovşağın yükgötürmə səviyyəsini yüksəltmək məqsədilə dəniz nəqliyyatının mütərəqqi üsullarından istifadə etmək üçün məqsədyönlü işlərin aparılması tələb olunur.

Bakı nəqliyyat qovşağının spesifik xüsusiyyətlərindən biri də hava nəqliyyatı vasitəsilə daxili və xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsidir. Yaxın gələcəkdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin daha intensiv fəaliyyəti Bakı qovşağının beynəlxalq nəqliyyat qovşağı roluna malik olması üçün zəmin yaratmışdır.

Respublikanın qərb bölgəsində fəaliyyət göstərən nəqliyyat qovşaqlarından biri də Gəncə nəqliyyat qovşağıdır. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində Gəncə nəqliyyat qovşağı quru nəqliyyat vasitələri ilə yük axınlarının tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Gəncə nəqliyyat qovşağı coğrafi cəhətdən əlverişli mövqedə yerləşmiş, daxili və xarici yük əməliyyatlarının yerinə yetirilməsində fəal iştirak edir. Qovşaq Bakı-Böyükkəsik magistral dəmir yolu və eyni zamanda əks istiqamətdə respublika əhəmiyyətli magistral avtomobil yolları üzərində formalaşmışdır. Gəncə şəhərinin, o cümlədən ətraf inzibati rayonların iqtisadi inkişafında mühüm rol oynayır. Respublikada daşınan yüklərin 16%-i Gəncə qovşağının payına düşür. Xüsusilə yerli xammal ehtiyyatlarının istehsal dövriyyəsinə cəlb olunması qovşaqdaxili yük daşımanı intensivləşdirmişdir. Son illərdə istehsal sahələrinin inkişafı üçün qovşağa daxil olan yükün əsas hissəsini əlvan metal məhsulları, şüşə materialları, sənaye məhsulları təşkil edir.

Azərbaycanın qərb bölgəsində daxili və xarici yükdaşınmanın tənzimlənməsində mühüm rol oynayan qovşaqlar içərisində Culfa və Naxçıvan nəqliyyat qovşaqları mühüm əhəmiyyətə malikdir. Hər iki qovşaq Naxçıvan MR ərazisindən keçən Bakı-Culfa-Şərur dəmir yolunun və eyni istiqamətdə olan magistral avtomobil yolunun kəsişməsindən əmələ gəlmişdir.

Culfa nəqliyyat qovşağı mühüm strateji əhəmiyyətə malikdir. Qovşaq əsasən İran İslam Respublikası ərazisində fəaliyyət göstərən dəmir yolu ilə qarşılıqlı yükdaşıma əməliyyatları ilə əlaqəli şəkildə formalaşmışdır. Əsas yük dövriyyəsini tranzit yükdaşıma təşkil edir. Culfa qovşağından ildə hər iki istiqamətdə 1.5 mln. ton müxtəlif çeşidli xalq təsərrüfatı məhsulları daşınılır. Həmin yüklərin 90%-dən çoxu İran dövlətinə daşınan yüklərin payına düşür.

Azərbaycanın cənub bölgəsində yerləşən mühüm nəqliyyat qovşaqlarından biri Lənkəran və Astara nəqliyyat qovşaqlarıdır. Hər iki qovşaq Bakı-Astara magistral dəmir yolu və avtomobil yolları üzərində yerləşmişdir. Bu qovşaqların Xəzər dənizinə çıxış yolunun olması dəniz nəqliyyatından yük daşınmasında istifadəyə zəmin yaratmışdır.

Tarixən qovşağın yerləşdiyi inzibati rayonlarda yüksək səviyyədə inkişaf etmiş kənd təsərrüfatı olduğundan hər iki qovşaqdan göndərilən yüklər içərisində yeyinti məhsullarının xüsusi çəkisi yüksək olmuşdur.

Yük əməliyyatlarının yerinə yetirilməsində dəmir yolu və avtomobil nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Dəmir yolu istər dəniz, istərsə də avtomobi nəqliyyatı əlaqələrin formalaşmasında mühüm rola malikdir. İqtisadi rayon üzrə dəmir yolu ilə göndərilən ümumi yükün 12%-i, gətirilən yükün 23,8%-i, gətirilən yükün isə 16%-i Astara nəqliyyat qovşağının payına düşür. Astara nəqliyyat qovşağı birbaşa İran dövləti ilə iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın nəqliyyat qovşaqlarının inkişafı daxili və xarici yükdaşımanı tənzimləməklə yanaşı yeni xidmət sferalarının formalaşmasına təsir göstərmiş olacaqdır. Həmçinin qovşaqların inkişaf etdirilməsi ətraf rayonların əhalisinin qismən işlə təmin olunmasına və iqtisadi-sosial inkişafa müsbət təsir göstərməklə yanaşı mühüm amillərdən əsası hesab ediləcəkdir.





Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin