1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Menecment nöqteyi-nəzərindən firmanın təsərrüfat fəaliyyəti deyəndə



Yüklə 340,18 Kb.
səhifə54/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   50   51   52   53   54   55   56   57   ...   121
n.Menecment mühazirə

Menecment nöqteyi-nəzərindən firmanın təsərrüfat fəaliyyəti deyəndə aşağıdakılar nəzərdə tutulur:

- iqtisadiyyatın sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, bank işi, ticarət və s. kimi müxtəlif sahələrində gösrərilən fəaliyyət;

- firmanın təsərrüfat bölmələrində elmi-tədqiqat təcrübi konstruktor işləri, istehsalat, təchizat, satış, maliyyə və s. kimi firmanın mənfəət əldə etməsinə xidmət edən digər fəaliyyət növləri.

Beləliklə, "menecment" yalnız o kateqoriya firmalara şamil edilir ki, onlar öz fəaliyyətini mənfəət almağa yönəldirlər. Menecment yalnız sənaye təyinatlı firmalara deyil, bazar şəraitində müstəqil subyekt kimi fəaliyyət göstərən bütün təsərrüfat sahələrinə: banklara, sığorta cəmiyyətlərinə, turizm firmalarına, mehmanxanalara, nəqliyyat kompaniyalarına, səhiyyəyə və s. şamil edilir.

Firmanın təsərrüfat fəaliyyətinin mənası ondan ibarətdir ki, istehsal prosesi bütövlükdə zəruri material, maliyyə və əmək ehtiyatlan ilə təmin olunsun və istehsalın vahid texnoloji prosesi təşkil edilsin; elmi-texniki tərəqqinin və firmanın özünün elmitexniki və təcrübi konstruktor işlərinin nəticələri ardıcıl olaraq yeni və modernləşdirilmiş əmtəə istehsalı və xidmət göstərilməsi üçün istehsalatda tətbiq olunsun; yeni, daha mükəmməl texnika işlənib hazırlansın və mövcud texnologiya təkmilləşdirilsin; tələbkar istehlakçıların yüksələn tələblərinə cavab verəcək yüksək keyfiyyətli məhsul istehsal olunsun; kommersiya əməliyyatları həyata keçirilsin; məhsula texniki xidmət təmin olunsun; istehsal prosesinin maddi-texniki təchizatı ödənilsin; müəssisə maliyyə vəsaiti və bütün səviyyələrdə əmək ehtiyatları ilə təmin olunsun.

Menecment öz fəaliyyət dairəsinə daxil olan funksiyaları həyata keçirmək üçün təsərrüfat fəaliyyəti prosesində meydana çıxıb qarşılıqlı şəkildə fəaliyyət göstərən sosial-iqtisadi, texnoloji, texniki, sosial-psixoloji, sosial-etik problemləri həll etmək üçün özünün iqtisadi mexanizminə malikdir.

Menecmentin iqtisadi mexanizminin mövcudluğu obyektiv olaraq onunla əlaqədardır ki, bazar iqtisadiyyatı şəraitində firmanın təsərrüfat və idarəetmə sahələrindəki fəaliyyətləri öz əsl qiymətini bazarda müxtəlif fonrıada həyata keçirilən mübadilə prosesi zamanı alır.

Menecmentin iqtisadi mexanizmi dörd blokdan ibarətdir: firmadaxili idarəetmə; istehsalın idarə olunması; işçi heyətinin idarə olunması; firma ilə qarşılıqlı əlaqədə olub, firmadan kənarda fəaliyyət göstərən amillər.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin