1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə58/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   54   55   56   57   58   59   60   61   ...   121
n.Menecment mühazirə

3. Sistemləşmə dövrü. Bu dövr elmi idarəetmə döv­rü­nün yaranması ilə əlaqədar olmuşdur. Sistemləşmə döv­rün­də idarəetmə bir elm kim sistemləşdi və onun funk­si­ya­ları, me­todları, prinsipləri tədqiq olunmağa başladı. İdarəet­mə­yə elmi ya­naş­ma ilk dəfə 1911-ci ildə Fredrik Tey­lor tərəfindən həyata ke­çirilmişdir. F.Teylor “İdarə­etmə­nin prin­sipləri” kitabını yaz­mış və həmin vaxtdan idarə­et­mə bir elm kimi tanınmış­dır.

4. Müasir dövr. İdarəetmənin elmi məktəblərinin müasir dövründə bu haqda ətraflı məlumat verilir.
4. İdarəetmənin elmi məktəbləri

İdarəetmənin bir elm kimi formalaşıb inkişaf etmə­sin­də idarəetmə məktəblərinin böyük rolu olmuşdur. İda­rə­etmə mək­təbləri bu sahədə nəzəri biliklərin formalaş­masında, el­mi məqalələrin və əsərlərin yazılmasında, elmi təklif və töv­si­yə­lərin veril­mə­sində xüsusi rol oynamışdır. Aşağı­dakı idarəetmə mək­təb­lərinin yaranıb, müəyyən tari­xi dövrləri keç­məsi idarəetmə­nin tarixində əlamətdar hadi­sə kimi qiy­mətləndirilir:

1. Elmi idarəetmə məktəbi ( 1886–1920).

2. Klassik idarəetmə məktəbi ( 1920 – 1950).

3. İnsani münasibətlər məktəbi ( 1930 – 1950).

4. Müasir idarəetmə məktəbi (1950 – indiyədək).



Elmi idarəetmə məktəbi idarəetmə elminin yara­dı­cı­sı hesab edilir. Onun nümayəndələrindən Fredrik Uilson Tey­lor, Henri Hant, Frenk Gilbert, Lillian Gilbert və baş­qa­larını gös­tərmək olar. Elmi idarəetmə məktəbi elmin əsa­s­ını qoy­maq­la idarəetməyə dair yeni nəzəriy­yələr, elmi fi­kirlər və tək­liflər irəli sürmüşlər:

1) İdarəetmə əməyi fiziki əməkdən ayrılmalıdır.

2) Əmək fəaliyyətində iş və vaxt normalarını tətbiq et­­mək.

3) Təşkilatlarda işçiyə artıq iş üçün mükafat vermək.

4) Əl əməyi yüngülləşdirilməli, bundan ötrü yeni tex­­­no­loji proseslər tətbiq olunmalıdır.

Bundan başqa elmi idarəetmə məktəbi işdə həvəs­lən­­­dir­mə sisteminin yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın inkişafına və artım tempinə təsir amili ki­mi dəyər­ləndirilmişdir. Bu cür təkliflərin və nəzəriyyənin ya­ran­ması idarəetmənin elmi-nəzəri əsasını təş­­kil edir­di.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin