1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə63/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   59   60   61   62   63   64   65   66   ...   121
n.Menecment mühazirə

I. Məlumatların toplanması;

II. Məlumatların işlənməsi;

III. Qərarların qəbul edilməsi;

IV. Qəbul olunmuş qərarların həyata keçirilməsi.

Bu mərhələlərin hər birinin həyata keçirilməsi özünəməxsus spesifik üsul və vasitələrlə, idarəetmə metodları ilə əlaqədardır.

İdarəetmənin iqtisadi, inzibati hüquqi, sosial-psixoloci metodları idarəetmə funksiyasının həyata keçirilməsində yalnız sonuncu mərhələnin, yəni qəbul olunmuş qərarların həyata keçirilməsini xarakterizə edir.

Menecment üzrə fransız mütəxəssisi Anri Fayol 1923-cü ildə Brüsseldə idarəetmənin aşağıdakı funksiyalarını qeyd etmişdir:

- planlaşdırma;

- təşkil;

- motivasiya;

- nəzarət;

- koordinasiya.

Bu funksiyaların hər birinin inkişafı yalnız istehsal prosesinin daxili qanunauyğunluqlarının dəyişməsi nəticəsində deyil, həm də digər funksiyaların inkişafının tələblərinin təsiri altında baş verir.

Qeyd etmək lazımdır ki, idarəetmə funksiyaları öz universallıqları ilə seçilir, istehsalın məzmunu, təyinatı, növü və b. cəhətlərdən asılı deyillər.

Beləliklə, idarəetmənin əsas funksiyaları kimi aşağıdakıların qəbul olunması məqsədyönlüdür:

- planlaşdırma;

- təşkil;

- icra;

- nəzarət;

- koordinasiya.

Demək olar ki, idarəedicinin fəaliyyəti plan və strategiya vasitəsilə gələcəyə istiqamətləndirilir. Planlaşdırmadan əvvəlki müddət ərzində və əldə edilmiş nəticələr üçün müxtəlif vəziyyət və nəzərdə tutulmamış şəraitlərin ortaya çıxması mümkündür ki, bu da təşkilatı tutduğu fəaliyyət kursundan uzaqlaşdıra bilər.



Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin