1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə71/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   67   68   69   70   71   72   73   74   ...   121
n.Menecment mühazirə

Mövzu 8. Menecmentin metodları.

1. Menecmentin metodları və idarəetmədə onların rolu.

2. İqtisadi metod.

3. İnzibati metod.

4. Sosial-psixoloji metod.

Metod yunan sözü olub üsul deməkdir. Bütün elm­lər­də olduğu kimi menecmentin də metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsi, bu elmdən irəli gələn funksiyaların və prinsiplərin həyata keçiril­məsinin üsuludur. Menecmentin metodu idarəetmə sub­yek­tinin ida­rəetmə obyektinə təsir mexanizmidir. İdarə­et­mə me­to­du idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir etmək lazım olduğunu bildirir.

Menecmentin metodu idarə olunan kollektivin xü­su­siy­yətlərindən, mədəniyyət səviyyəsi və psixoloji iq­li­min­dən asılı olaraq, idarəetmə sisteminə təsir vasitə­sidir.

Menecmentin metodlarının aşağıdakı cəhətlərini xarakterizə edə bilərik.

1. Menecmentin metodu idarəetmə funksiyalarının həyata keçirilməsini təmin edir.

2. Menecmentin metodu idarə olunanı idarə edənin iradəsinə tabe etdirmək üsuludur.

3. Menecmentin metodları fərdin fərdə, fərdin kol­lek­tivə, kollektivin kollektivə, kollektivin fərdə təsir üsu­lu­dur.

4. Menecmentin üsulu təşkilatın məqsədinə nail olun­­ması üsuludur.



Təcrübəli rəhbərlər bütün idarəetmə metodlarından ba­­ca­rıqla istifadə edir və onları üzvi surətdə əlaqələ­n­di­rir­lər.

Bu üsullar müəssisənin maliyyə-iqstisadi fəaliy­yətini genişləndirməyə, təsərrüfatçılıq fəaliyyətinin inkişa­fına, əmək ehtiyatlarının əmək prosesində fəallı­ğının artırıl­ma­sı­na, tərəfdaşların, partnyorların, təchiza­t­çıların, alıcıların cəlb olunmasına, rəqabət qabiliyyətinin gücləndirilməsinə təsir göstərir. İdarəetmə qərarlarının işlənməsi və reallaşdırılmasının təşkilati aspektlərini menecer aşağıdakı menecment metodlarından istifadə etməklə həyata keçirə bilir:

1) İqtisadi metodlar.

2) İnzibati metodlar.

3) Sosial-psixoloji metodlar.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin