1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə76/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   72   73   74   75   76   77   78   79   ...   121
n.Menecment mühazirə

4. İş yerinin təşkili;

5. İşçilərin həvəsləndirirlməsi sistemi;

6. Kollektivdə mənəvi psixoloji mühit;

7. İşçilərin istirahət şəraiti;

8. Regionun infrastrukturu.

Sosial-psixoloji proseslərin idarəolunması aşağıdakı funksiyaları yerinə yetirir:

1) Sosial-psixoloji proseslər üçün norma və normativlərin təhlili;

2) Çatışmamazlıqların aşkar olunması;

3) Problemin formalaşdırılması;

4) Planların yerinə-yetirilməsinin təşkili;

5) Norma və normativlərin yerinə-yetirilməsinin uçotu və nəzarət;

6) Sosial-psixoloji prosesi xarakterizə edən göstəricilərin yaxşılaşdırılma motivasiyası;

7) Proseslərin nizamlanması.

Qeyd etdiyimiz kimi, metodlar insanları əmək fə­a­liy­­yətində motivləşdirir və aktivləşdirir. Sosial üsul insan­ları birbaşa və dolayı yolla fəallaşdıran təsir üsul­ların­dan ibarətdir. Birbaşa təsir üsullarına aşağıdakıları aid etmək olar:

1. Sosial tələbatın ödənilməsi.

2. İqtisadi həvəsləndirmə sistemlərinin tətbiq olunması.

Dolayı təsir üsullarına aşağıdakılar aiddir:

1. İşçilərin sosial inkişafının təmin olunması.

2. Kollektivə sosial qayğıların göstərilməsi.

Sosial tələbat dedikdə, insanın maddi və mənəvi tə­lə­bat­ları sistemi başa düşülür. İnsan fəaliyyətinin əsasında sosial tələbatlar dayanır. İnsan öz tələbatını ödəmək üçün fəaliyyət göstərir və gəlir əldə edir. Əldə etdiyi gəlirlə o, öz tələbatlarını ödəməyə müvəffəq olur. Deməli, işçilərin tə­ləbatlarının ödənilməsi yolu ilə onların fəallaşdırılması so­sial üsulun əsas məqsəd­lərindən biridir. Rəhbər mü­əs­si­sə­yə işçi qəbul edərkən ona əmək haqqı təklif edir. O dü­şün­məlidir ki, təklif etdiyi əmək haqqı işçinin minimum yaşayışını təmin etməlidir. Əgər təmin etmirsə, işçi daim iş axtarışında olacaq və istənilən vaxt o müəssisəni tərk etmək məcburiyyətində qalacaqdır.

Sosial tələbatın ödənilməsi işçini əmək fəaliyyətinə sövq edirsə, iqtisadi həvəsləndirmə sistemlərinin tətbiqi onların əmək fəallığını artırır. İqtisadi həvəsləndirmə sis­te­minə əlavə əmək haqqını, mükafatlandırma sistemini, mad­di yardımların verilməsini aid etmək olar.

Qeyd etdiyimiz kimi, sosial siyasət sosial inkişafın tə­min olunması ilə də bağlıdır. Sosial inkişafa əl əməyinin yün­gülləşdirilməsi, işçilərin təhsil alması, ixti­sas­ların ar­tırılması, kadrların təkmilləş­diril­məsi, elmə yi­yə­lənməsi, sosial rifahının yaxşı­laş­dırıl­ma­sı, mənzil prob­lemlərinin həlli məsələ­lərini aid etmək olar.

Sosial üsulun tətbiqi işçinin əhval ruhiyyəsini artır­maqla onda əməyə stimul yaradır. Bu məqsədlə də, sosial üsul insan amili üçün daha çox əhəmiyyət daşıyır.

İdarəetmədə psixologiyanın, psixiki proseslərin rolu böyükdür. İdarəetmə fəaliyyətində psi­xo­lo­ji üsul insanların davranış və ünsiyyət fəaliyyəti ilə əla­qə­­dar olub, onların fəaliyyətinə təsir göstərmək, onları va­cib məqsəd ətrafında səfərbər etmək üsuludur.

Psixoloji üsullar sistemi də sosial fəlsəfənin tərki­bi­nə daxildir. Psixoloji üsul fərdlərin, qrupun və ya kollek­tivin psixologiyasına təsir etməklə onların fəal­lığının ya­ra­dılması və artırılması üsuludur. İdarəetmənin bu me­to­du kollektiv arasında psixoloji əhval ruhiyyə yarat­maqla is­teh­salın inkişafına, keyfiy­yətin yaxşı­laş­dırıl­ma­sına və in­sanlar arasında birgə fəaliy­yətin və sosial mü­na­si­bət­lə­rin tənzimlənməsinə yönəldilir.

Psixoloji üsul işçinin daxili imkanlarını araşdırmaq, on­lardan istifadə etmək və psixologiyasına təsir etmək üsu­ludur.

Psixoloji üsul kollektivin psixologiyasına birbaşa və dolayı təsir göstərməklə onları əmək prosesində fəal­laş­dı­rır. Aşağıdakı birbaşa təsir üsullarını tətbiq etməklə iş­çi­nin fəallığını artırmaq mümkündür:

1. Tərifləməklə.

2. Vədlər verməklə.

3. İstiqamətləndirməklə.

4. Fəxri fərmanlarla, diplomlarla, medallarla təltif et­­mək­lə.

5. Şərəf lövhəsinə şəklini vurmaqla və s.

Birbaşa təsir üsulu mənəvi cəhətdən həvəs­lən­dir­məklə, işçini əmək prosesində ruhlandırır.

Psixoloji üsulun dolayı təsir üsulları aşağıdakılardır:

1. Kollektivdə fərdi və kollektiv psixoloji xüsusiy­yətləri nəzərə almaq.

2.Təşkilatda sağlam psixoloji mühiti formalaş­dır­maq.

3. İdeya-siyasi tərbiyələndirmə.

4. Kollektivin ənənələrinin, adətlərinin qorunması və inkişaf etdirilməsi.

Dolayı psixoloji üsullardan biri müəssisədə sağlam psi­xoloji mühitin formalaşdırılmasıdır. Bu üsul kollek­tiv­də daim yüksək abu-havanın, əhval-ruhiyənin olma­sını tə­min edir. Sağlam psixoloji mühit insanlar arasında mü­na­sibətləri tənzimləyir, humanizmin inkişa­fına şərait ya­radır.

Kollektivin adət-ənənəsi bir neçə illər və ya on il­lik­lər ərzində yaranır və formalaşır. Yeni təyin olunmuş rəh­bər­lər də kollektivin adət-ənənələrini öyrənməli və ona uy­ğunlaşmalıdırlar. Çünki kollektivin adət-ənənəsi kollek­tivin xarakterinin, xüsusiyyətlərinin, onlar arasında ünsiy­yətin, əlaqənin təzahüründən formalaşır. Kadrların hərə­kəti, yeniləşməsi, işə qəbulu tədricən baş verdiyin­dən, ye­ni kadrlar həmin ənənələrin təsirinə məruz qalır və ona uy­ğun­laşırlar. Kollektivin adət–ənənəsi onu digər kollek­tiv­lər­dən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

Psixoloji təsirin müsbət nəticələri aşağıdakılardır:

1) Xoş əhvalı-ruhiyyə.

2) Özünə inam.

3) Aktivlik.

4) Məsuliyyətlilik.

Kollektivdə bu cür psixoloji hallar və vəziyyətlərin yaranması işçilərdə müsbət emosiyalara səbəb olur, on­la­rın əmək prosesində daha da aktivləşməsinə müsbət təsir göstərir.




Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin