1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


İdarəetmə qərarlarının keyfiyyətinə təsir edən əsas amillər



Yüklə 340,18 Kb.
səhifə83/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   79   80   81   82   83   84   85   86   ...   121
n.Menecment mühazirə

İdarəetmə qərarlarının keyfiyyətinə təsir edən əsas amillərə aşağıdakılar aiddir,

1. İdarəetmənin avtomatlaşdırılması.

2. Menecment sisteminə elmi prinsiplər və yanaşmaların tətbiqi.

3. Modelləşdirmə metodları.

4. Keyfiyyətli qərarların motivasiyası.
2. Qərarların qəbul olunması üsulları

Hər hansı qərarın qəbul olunmasında, adətən müxtəlif dərəcədə üç şərti nəzərə almaq vacibdir:



1. İntuisiya (duyma, ürəyə danma);

2. Mülahizə və ya mühakimə;

3. Ağla sığma və ağla müvafiq alma (səmərəli).

Yalnız intuisiyaya görə qərar qəbul olunarkən insanlar daha çox öz şəxsi hissiyatlarına əsaslanaraq öz seçimlərinin düzgünlüyünə inanırlar. Bu zaman altıncı hissiyat böyük rol oynayır ki, bu isə hakimiyyətin yüksək eşalonunun təmsilçiləri üçün xarakterikdir. Orta hissənin menecerləri daha çox toplanmış informasiyalar və EHM köməyinə üstünlük verilir.

Statistikaya görə yalnız intuisiyaya əsaslanan menecerlərin düzgün qərar qəbul etmək şansları o qədər də yüksək deyildir.

Mühakiməyə görə qərarların qəbul olunması ilk baxışdan bir qədər aldadıcı olsa da intuisiyaya əsasən qərarların qəbuluna müəyyən qədər uyğun gəlir. Lakin bu zaman əvvəlkindən fərqli olaraq keçmiş təcrübəyə əsaslanan bilik böyük rol oynayır. Onlardan istifadə etməklə əvvəlki dövrlərdə analoji vəziyyətlərdə daha çox müvəffəqiyyət qazanılmış variant mövcud vəziyyətə tətbiq olunmaqla seçilir.

Lakin insanlarda mühakimə bəzən özünü doğrultmaya da bilir. Ona görə də idarəetmə qərarlarının qəbul olunmasında bu üsul da öz sürətinə və ucuzluğuna baxmayaraq o qədər də etibarlı hesab oluna bilməz.

Digər tərəfdən təcrübədə elə vəziyyətlərlə rastlaşmaq mümkündür ki, onlar ilk dəfə yaradılmasından həlli yolları da, sadəcə olaraq, məlum deyildir. Eyni zamanda rəhbər işçilər əksər hallarda idarəetmə qərarlarının qəbul olunmasında onlara daha yaxın tanış olan istiqamətlərə üstünlük verdiklərindən, bəzi hallarda hətta əlverişli variantlardan şüurlu şəkildə imtina edirlər.

Nə qədər ki, qərarları insanlar qəbul edirlər, o qədər də onların xarakterində menecer şəxsiyyətinin izləri görünür. Bununla əlaqədar olaraq müvazinətli və ya təmkinli, ətalətli və ya süst, impulsiv və ya qeyri- iradi, qorxulu və ya təhlükəli, habelə ehtiyatlı qərarları bir-birlərindən fərqləndirmək lazımdır.

Müvazinətli qərarları öz hərəkətlərinə diqqətli və tənqidi yanaşan, öz fəaliyyətlərinin doğruluğuna əmin olan menecerlər qəbul edilir.

Qeyri-iradi qərar qəbul edənlərə qeyri-məhdud sayda ən müxtəlif ideyaları asanlıqla nəzərdən keçirən, lakin onları kifayət qədər qiymətləndirməyən, yoxlamayan və dəqiqləşdirməyən menecerlər aid olunur. Ona görə də qərarlar kifayət qədər əsaslandırılmamış və etibarsız olurlar. Süst qərarlar ehtiyatlı axtarışların nəticəsidir. Burada əvvəlkindən fərqli olaraq nəzarət və dəqiqləşdirilmiş fəaliyyət üstünlük təşkil etdiyindən, bu cür qərarlarda yenilik, orijinallıq aşkar etmək çox çətindir.

Riskli qərarlar impulsivdən onunla fərqlənir ki, onların müəllifləri öz ehtimallarını ətraflı əsaslandırılmasına heç bir lüzum görmürlər və əgər özlərinə əmindirlərsə hər hansı bir təhlükədən qorxmurlar.

Ehtiyatlı qərarlar menecerin bütün variantlara həddindən artıq tənqidi yanaşmaqla hərtərəfli qiymətləndirməsi kimi xarakterizə olunur. Onlar daha az dərəcədə orijinallıqla və yeniliklə fərqlənirlər.

Bu sadalanan qəraralar menecer tərəfindən əsasən operativ idarəetmə prosesində qəbul olunur. Menecment sisteminin istənilən alt sistemində taktiki və strateji idarəetmə üçün iqtisadi təhlilə, dəlillərə və optimallaşdırmaya əsaslanan səmərəli (ağıllı) qərarlar qəbul olunur.



Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin