- informasiyaların aktuallığı.
4. İdarəetmə qərarlarının təhlili və proqnozlaşdırılması
Menecmentin digər funksiyaları kimi təhlilə də elmi yanaşmalar və prinsiplər tətbiq olunmalıdır. Təhlilin spesifik xüsusiyyətlərinə aşağıdakılar aiddir:
1. İşin həcminə, keyfiyyətinə və informasiyaların alınması metoduna, təhlil olunan obyektlərin şərtləri və digər əlamətlərə görə təhlil edilən variantların tutuşdurulmasının təmin olunamsı prinsipini;
2. Təhlilin operativliyi prinsipi, ayrı-ayrı proseslərin səmərəli təşkilinin nəticəsində tikinti quraşdırma işlərinin yerinə yetirilməsinin faktiki müddətinin qısaldılmasına, informasiya təminatının avtomatlaşdırılmasına, təhlilin metodları və informasiyaların keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir;
3. Aparıcı manqanın fərqləndirilməsi prinsipi (əhəmiyyətinə görə düzülüşü).