İdman tədbirlərində idman hakimlərinə verilən
ödənişlərin normaları
İdman növləri üzrə hakimlərin
vəzifələri
|
Hakim kateqoriyalarını nəzərə almaqla ödənclərin miqdarı (min manatla)
|
|
BK/İK RK 1K OH
|
Baş hakim
|
15,0 12,0 10,0 -
|
Baş hakim-katib
|
15,0 12,0 10,0 -
|
Baş hakimin köməkçisi
|
12,0 10,0 8,0 8,0
|
Komanda oyun növləri
|
Oyunun baş hakimi
|
20,0 15,0 12,0 -
|
Oyunun baş hakiminin köməkçisi
|
15,0 12,0 10,0 -
|
Komissar
|
20,0 - - -
|
Hakimlər (briqadanın tərkibində)
|
10,0 10,0 8,0 8,0
|
Şərti işarələr:
BK - Beynəlxalq kateqoriyalı
İK - İttifaq kateqoriyalı
RK - Respublika kateqoriyalı
1K - Birinci kateqoriya
OH - Oyun hakimi
QEYDLƏR:
1. Hakimlər üçün ödənilən məbləğlər idmanın komanda oyun növləri üzrə (futbol, voleybol, həndbol və s.) bir oyuna görə, digər idman növləri üzrə isə bir günlük xidmətə görə verilir.
2. İdman yarışlarına xidmətə görə hakimlərə verilən ödənclər bu qaydalarla nəzərdə tutulan digər maddi təminat növlərindən asılı olmayaraq həyata keçirilir.
3. Yarışların hazırlıq və yekun mərhələlərində hakimlərin maddi təminatı (yemək, mənzil hakimliyə görə ödənc) hakimlik işi dövrünün bütün müddəti üçün ümumi müddəti:
Baş hakim, Baş hakim-katib üçün - 5 günədək;
Baş hakimin köməkçisi, Baş hakim-katibin köməkçisi üçün - 3 günədək olmaqla həyata keçirilir.
4. İdman federasiyaları öz vəsaitləri, habelə sifariş ödəmələri hesabına idman hakimlərinə ödənclərin müəyyən olunmuş miqdarını artırmaq səlahiyyətinə malikdirlər.
5. Rəsmi beynəlxalq yarışlara xidmətə görə hakimlərə verilən ödənclər həmin yarışların reqlamenti ilə nəzərdə tutulmuş qaydada və miqdarda ödənilə bilər.
6. Hakim kollegiyasının (briqadasının) say tərkibi, idman növləri üzrə yarışların keçirilməsi haqqında qaydalara və əsasnamələrə uyğun olaraq müəyyənləşdirilir.
7. Beynəlxalq yarışların, çempionatlarının və Azərbaycan Kuboku oyunlarının təşkili və keçirilməsinə nəzarət haqqı oyunların baş hakimi üçün nəzərdə tutulmuş miqdarda ödənilməklə yüksək ixtisaslı hakimlər və mütəxəssislər sırasından müfəttişlər yaxud texniki nümayəndələr üçün təyin oluna bilər.
8. Beynəlxalq federasiya tərəfindən təyin olunmuş xarici texniki nümayəndələrə və hakimlərə ödənclər beynəlxalq kateqoriyalı hakimlər üçün nəzərdə tutulmuş miqdarda ödənilir.
_________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul
tarixli 69 nömrəli Qərarına
3 nömrəli əlavə
Dostları ilə paylaş: |