Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 27 avqust
tarixli 140 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
Müəssisənin start qiymətinə tətbiq olunan əmsallar
Özəlləşdirilən müəssisə və obyektlərin start qiyməti (səhmdar cəmiyyəti üçün nizamnamə kapitalının həcmi) hesablanarkən onların ilkin qiymətlərinə müəssisənin yerləşdiyi ərazinin əlverişliliyi və sair göstəricilər nəzərə alınmaqla müvafiq əmsallarla hesablanmış qiymət əlavələri tətbiq edilməklə müəyyənləşdirilir.
Müəssisə və obyektlərin start qiyməti
Müəssisə və obyektlərin start qiyməti aşağıdakı düsturla hesablanır:
Sq = Iq + Bd x (Nə x Zə - 1)
Burada,
Sq - müəssisənin start qiyməti;
Iq = Ab - Pb - start qiyməti müəyyənləşdirilən tarixə müəssisənin Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 451 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət mülkiyyətinin qiymətləndirilməsinə dair metodik göstərişlər”ə uyğun olaraq hesablanmış ilkin qiyməti;
Ab- start qiyməti müəyyənləşdirilən tarixə müəssisənin balansının aktiv hissəsinin yekunu;
Pb - start qiyməti müəyyənləşdirilən tarixə müəssisənin balansının passivi üzrə bank kreditləri, borcları və müvəqqəti cəlb edilmiş vəsaitlərin cəmi (balans passivinin bölməsinin yekunu);
Bd - start qiyməti müəyyənləşdirilən tarixə müəssisənin əsas vəsaitlərinin qalıq dəyəri;
Nə - müəssisənin nəqliyyat kommunikasiyaları ilə təmin olunması əmsalı:
xüsusi dəmiryolu ilə təmin olunmuş və əsas nəqliyyat magistrallarının üstündə yerləşən müəssisələr üçün - 1,2;
digər hallarda - 1,0;
Zə - zona əmsalı müəssisə və obyektlərin, habelə bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin yerləşdiyi əraziyə görə start qiymətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də verilmiş zonalar üzrə aşağıdakı kimi qəbul edilir:
Bakı şəhəri
Zona nömrəsi
|
Zona əmsalı
|
Müəssisə və obyektlər üçün
|
Bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələri üçün
|
1
|
2
|
3
|
1
2
3
4
5
6
7
8
9
10, 11
12
|
1,4
1,4
1,3
1,3
1,2
1,2
1,2
1,1
1,2
1,0
şəhərdaxili - 1,1
şəhərkənarı
qəsəbələr - 1,0
|
2,8
2,8
2,6
2,4
1,8
2,0
1,6
1,2
1,5
1,1
şəhərdaxili - 1,3
şəhərkənarı
qəsəbələr - 1,0
|
Sumqayıt və Gəncə şəhərləri
Zona nömrəsi
|
Zona əmsalı
|
Müəssisə və obyektlər üçün
|
Bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələri üçün
|
1
2
3
4,5,6
|
1,2
1,1
1,0
1,0
|
1,5
1,3
1,1
0,8
|
Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax Şəki şəhərləri
Zona nömrəsi
|
Zona əmsalı
|
Müəssisə və obyektlər üçün
|
Bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələri üçün
|
1
2,3
4
|
1,1
1,0
0,8
|
1,2
1,1
0,7
|
Naftalan, Şamaxı, Qazax, Şəmkir, Səlyan, Quba, Xaçmaz, Zaqatala, Göyçay şəhərləri
Zona nömrəsi
|
Zona əmsalı
|
Müəssisə və obyektlər üçün
|
Bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələri üçün
|
1
2,3
|
1,1
0,8
|
1,2
0,7
|
Digər rayonlar
Zona nömrəsi
|
Zona əmsalı
|
Müəssisə və obyektlər üçün
|
Bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələri üçün
|
1
2
|
1,0
0,8
|
1,1
0,7
|
_______________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 27 avqust
tarixli 140 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə
Bina tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış
sahələrinin start qiymətinin müəyyən edilməsi
Təyinatından və mənsubiyyətindən asılı olmayaraq, bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin start qiyməti aşağıdakı düsturla müəyyən olunur:
Sq = Bd x Zə
Burada,
Bd - bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin qalıq balans dəyəri olub, aşağıdakı kimi hesablanır:
Bd = K x Sü x Hə x Mə x Aə
K - 1 m2 qeyri-yaşayış sahəsinin normativ dəyəri K=200000 manat x Bə
Bə - bina əmsalı: binanın konstruktiv elementləri dəmir-beton, beton, daş, blok və panellərdən ibarət olduqda-1, digər hallarda isə 0,7 əmsalı tətbiq olunur;
Sü - qiymətləndirilən ümumi sahə;
Hə - hündürlük əmsalı: mərtəbənin hündürlüyü 4,0 metrədək olduğu halda - 1,0 əmsalı, 4,0 metrdən yüksək olduğu hallarda - 1,2 əmsalı tətbiq olunur;
Mə - mərtəbəlilik əmsalı:
a) birinci və yuxarı mərtəbələr üçün - 1;
b) yarımzirzəmilər üçün - 0,7;
s) zirzəmilər üçün - 0,5.
Aə - binanın aşınma əmsalı:
a) istismarda 10 ilədək olan binalar üçün -1;
b) istismarda 10 ildən - 25 ilədək olan binalar üçün -0,8;
c) istismarda 25 ildən - 50 ilədək olan binalar üçün - 0,6;
ç) istismarda 50 ildən çox olan binalar üçün - 0,5.
Əgər son 10 il ərzində özəlləşdirilən bina və tikilidə əsaslı təmir və ya yenidən qurma aparılıbsa, onda b), c), və ç) yarımbəndlərində tətbiq edilən əmsal 20 faiz artırılır.
Zə - 1 nömrəli əlavədə verilən zona əmsalları.
Dostları ilə paylaş: |