1. ##num=1// level= 1// sumtest=23// name= Kurikulumun əsasları. Fənnin obyekti, məqsəd və vəzifələri


Rollu oyun usullarını müəyyən edin



Yüklə 0,72 Mb.
səhifə6/7
tarix23.03.2020
ölçüsü0,72 Mb.
#102363
1   2   3   4   5   6   7

25. Rollu oyun usullarını müəyyən edin.

1. Layihə

2.Kublaşdırma

3.Modelləşdirmə

4.Qərarlar ağacı

5.Rollu oyun

6. İnsert

7. Səhnələşdirmə

8.Ziqzaq

A) 3, 5, 7, 8

B) 3, 5, 7

C) 1, 3, 5

D) 2, 4, 6

E) 3, 6, 7


11. ##num=11// level= 1// sumtest=20// name= Fəal dərsin mərhələləri.

T1.

1.Fəal dərsin mərhələlərinin ardıcıllığını müəyyən edin:

A) Motivasiya, tədqiqatın təşkili, məlumat mübadiləsi, məlumatın müzakirəsi, nəticələrin çıxarılması.

B) Məlumat mübadiləsi,motivasiya,tədqiqatın təşkili,məlumatın müzakirəsi, nəticələrin çıxarılması.

C) Tədqiqatın təşkili, məlumat mübadiləsi, motivasiya məlumatın müzakirəsi nəticələrin çıxarılması.

D) Motivasiya,tədqiqatın təşkili, məlumatın müzakirəsi, məlumat mübadiləsiməticələrin çıxarılması.

E) Motivasiya,məlumatın müzakirəsi, məlumat mü– ba. diləsi, nəticələrin çıxarılması, tədqiqatın təşkili.



2.Aşağıdakılardan hansı fəal (interaktiv) təlimin xüsusiyyətidir?

A) Prablemin həlli yolunda biliklərin müstəqil əldə edilməsi.

B)Yeni biliklərin müəllimin izahı nəticəsində qavranılması.

C) Biliklərin təkrarlanması yolu ilə mənimsənilməsi.

D) Hafizəyə əsaslanan sual və tapşırıqlar vasitəsi ilə biliklərin möhkəmləndirilməsi.

E) Müəllim yeganə bilik mənbəyidir



3.Biri psixomotor fəaliyyətin nəticəsidir:

A) Şagirdlərin nailiyyətlərinin nəticələrini müzakirə etməyə.

B)Tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə.

C)Müəllimin söylədklərini yadda saxlamağa.

D)Əldə olunan biliklərin müzakirəsinə.

E) Yaradıcılıq

4. Prosedural bilik nədir?

A) Hər hansı fənn üzrə fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir

B) İdrak prosesinin gedişatına kömək edən biliklərdir.

C) Fənn üzrə məlumat xarakterli biliklərdir.

D) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir.

E)Yeni informasiya və biliklərin emal olunmasına aparan biliklərdir.



T2.

5. Düzgün motivasiya necə olmalıdır?

1. düşünşürücü (fərziyələr yaradan)

2. cavabı asanlıqla tapılan

3. cədvəl şəklində

4. fənlərarası əlaqəli

5. məqsədyönlü

6. problemi həll etməyə yönəlmiş

A) 1,2,5,6

B)3,4,5,6

C)1,4,5,6

D)1,2,3,4

E)4,5,3,1



6. Nə üçün motivasiya düşündürücü və məqsədəuyğun olmalıdır?

1.Tədqiqatı dərsin nəticələrinə istiqamətləndırmək üçün.

2.Dərsin bütün mərhələləri arasında vaxtı duzgun paylaşdırmağa imkan yaratmaq üçün.

3. Dərsi maraqlı etmək və dərsi vaxtında qurtarmaq üçün

4. Şagirdlərdə idrak fəallığı oyatmaq üçün.

A)1,3


B)2, 3

C)1, 4


D)3, 4

E)2,4


7.Aşağıdakılardan hansı müasir qiymətləndirmə sisteminə aid deyil?

A) Qiymətləndirmə qiymət yazmaq kimi qəbul olunur, şagirdə gündəlik cavablarına əsasən qiymət yazılır.

B ) Cari qiymətləndirmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.

C) Şagirdin nailiyyəti(qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir.

D) Gündəlik aparılan müşahidələrin nəticələri müzakirə olunur və növbəti addımlar üçün qərar verilir.

E) Əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi müvafiq qiymətləndirmə standartları əsasında aparılır.



8.Fəal dərsin motivasiya mərhələsinin məqsədlərindən biri hansıdır?

A) Tədqiqat sualını müəyyən etmək.

B) Əldə edilmiş bilikləri ümumiləşdirmək.

C) Köməkçi suallar vermək.

D) Tədqiqat işini yekunlaşdırmaq.

E) Qazanılan bilikləri praktikada tətbiq etmək.



9. Aşağıda hansı təlim üsulundan bəhs edilir?

Ağ kağızda mövzuya aid suallar yazılır.Müəllim hər qrupa müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və cavab yazır.Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməyi ilə qruplara ötürülür. Kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır.Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir.

A)karusel

B)ziqzaq

C)klaster

D)akvarium

E)beyin həmləsi
T3.

10.Şagirdlər tamın parçalanmış hissələrini birləşdirib ümumiləşdirmə aparır. Deyilən fikir idraki taksonomiyanm hansı səviyyəsinə aiddir?

A) sintez

B) dəyərləndirmə

C)təhlil

D) tətbiq

E)anlama



11. Biri idraki fəaliyyətin mərhələlərinə aid deyil:

A) refleksiya

B)anlama

C) bilik

D)analiz

E)sintez



13. Ənənəvi təhsilə daxil deyil:

A) müəllimyönümlüdür

B) bilikyönümlüdür

C) nəticəyönümlüdür

D) fənyönümlüdür

E) təklifyönümlüdür



14.Aşağıdakılara daxildir:

Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri

Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr

Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr

A) Təlim strategiyalarına

B) Fənnin məzmununa

C)Təlimin üsul və formalarına

D)Qiymətləndirməyə

E)Kompetensiyaya

15.Aşağıdakılardan hansı fəal təlimin xüsusiyyətlərinə daxil deyil?

A) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi

B) Yeni biliklərin müstəqil kəşf edilməsi

C)Qrup işindən geniş istifadə olunması

D) Dərsin əvvəlində problemin qoyulması və dərsin gedişinin problemin həllinə yönəldilməsi

E) Dərsdə idrak fəallığının yaradılması



16. Fəal təlimi xarakterizə edən 3 xüsusiyyəti göstərin.

1.Təlimin subyekt-subyekt xarakter daşıması

2. Bilik mənbələri müxtəlifdir

3.Monoloji təlim

4.Biliklərin yaradıcı tətbıqi

5.Müəllim əsas bilik mənbəyidir

A)1,2,3

B)2,3,4

C)1,3,5

D)2,4,5


E)1,2,4

17.Fəal dərsin quruluşunu düzgün ardıcıllıqla düzün:

1. Tədqiqatın aparılması 2.Motivasiya

3.Məlumatm müzakirəsi 4.Nəticələrin çıxarılması

5. Qiymətləndirmə və ya refleksiya 6. Produktiv (yaradıcı)tətbiqetmə

7. Məlumatın mübadiləsi

A) 2.1.7.3.4.6.5

B) 1,2,3,5,6,4,7

C)2,1,3,5,6,7,4

D)2,3,1,5,4,7,6

E)1,3,5,7,2,4,6



18. 1.1.2. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir. –alt standartının məzmun komponentinin hansı kateqoriyaya aid olduğunu muəyyənləşdirin:

A) deklarativ

B) konseptual

C) prosedural

D) Emosional

E) psixomotor



19. Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərləri formalaşdırır. Bu fikir aşağıdakılardan hansına aiddir?

A) bilikyönümlülük

B) şagirdyönümlülük

C) şəxsiyyətyönümlülük



D) tələbyönümlülük

E) təklifyönümlülük

T4.

20. Uyğunluğu tapın:

I.Bu taksonomiyanın əsas funksiyası intelektual bacarıq və vərdişləri inkişaf etdirməkdən ibarətdir.

II.Bu taksonomiyanın əsas funksiyası şagirdlərdə dəyərləri inkişaf etdirməkdən ibarətdir.

III.Bu taksonamiyanm əsas funksiyası əzələ inkişafını və hərəkət fəaliyyətini inkişaf etdirməkdən ibarətdir.

1. idraki fəaliyyət

2.emosıonal fəaliyyət

3.psixomotof fəaliyyət

A) I-1,II–2,III–3

B) l-2,II–1,III–3

C)I-3,II-1,III–2

D)I-2,II-3, III-1

E)I-3, II-2, III-1
12. ##num=12// level= 1// sumtest=23 // name= Fəal təlimin xüsusiyyətləri. Fasilitasiya qaydaları.

T1.

1. Biri fasilitasiya qaydalarına aid deyil:

A) Dəstəkləyici mühit

B) Problemi həll etmək

C) Psixoloji dəstək

D) Dialoq, əməkdaşlıq

E) Motivasıyanın düzgün qurulması



2. 1.1.2. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir –alt standartının məzmun komponentinin hansı kateqoriyaya aid olduğunu muəyyənləşdirin:

A) deklarativ

B)konseptual

C)prosedural

D) koqnutiv

E)psixomotor



3. Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda Milli və bəşəri dəyərləri formalaşdırır.Bu fikir aşağıdakılardan hansına aiddir?

A) şəxsiyyətyönümlülük

B) şagirdyönümlülük

C) bilikyönümlülük

D) tələbyönümlülük

E) təklifyönümlülük



4. Bu biliyi hər hansı prosesdə əldə edilən yeni informasiya və ya müəyyən informasiyalara tətbiq edildikdə yeni məna alan proseslər kimi dəyərləndirmək olar. Burada biliyin hansı formasından söhbət gedir?

A) deklarativ

B) prosedural

C) affektiv

D) konseptual

E) koqnutiv

5. Aşağıdakı fikirlərdən biri dərsin informasiya mübadiləsi mərhələsinə aiddir.

A) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar

B) Fəal dərsin dördüncü mərhələsidir

C) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir

D) Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir

E) Tədqiqat sualının açılması

6. Aşağıdakı fikirlərdə biri tədqiqatın aparılması mərhələsinə aiddir.

A) Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilikləri kəşf etmək üçün münasib şərait yaranır.

B) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.

C) Dərsdə əldə edilmiş, bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.

D) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

E) Əldə olunmuş biliklərin ümumiləşdirilməsi.

7. Aşağıdakı fikirlərdən hansı yaradıcı tətbiqetmə mərhələsinə aid deyil?

A) Biliyi möhkəmləndirir

B) Biliklərin mənimsənilməsinin başlıca meyarıdır.

C) Əldə olunmuş biliklər təqdim edilir.

D) Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər.

E) Biliyin praktiki əhəmiyyətini uşağa açıb göstərir

8. Aşağıdakı fikirlərdən hansı nəticələrin çıxarılması mərhələsinə aid deyil?

A) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.

B) Şagirdlər yeni biliyin kəşfi yolunda son addımı atır, ümumiləşdirmə aparır.

C)Şagird əldə olunan bilikləri irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.

D) Şagirdlər kəşf etdikləri biliklər üçün bənzərsiz sevinc və məmnuniyyyət hissi yaşayırlar.

E) Tədqiqat nəticəsində toplanmış məlumatlar qruplar arasında mübadilə olunur.

T2.

9. Aşağıdakı fikirlərdən hansı informasiyanın müzakirəsi və təşkili mərhə­ləsinə aiddir?

1. Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.

2. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

3. Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.

4. Bu mərhələdə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumatlar sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

5. Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.

A) 1,3

B) 4,5

C) 1,4

D) 1,5

E) 2,4

10. “İstənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir”- fikri fəal dərsin hansı mərhələsinə aiddir?

A) Qiymətləndirmə

B) Tədqiqatın aparılması

C) İnformasiyanın müzakirəsi və təşkili

D) Yaradıcı tətbiqetmə

E) Nəticə, ümumiləşdirmə

11. Müəllimin hüquqlarına aid deyil:

A) Pedaqoji şuraya rəhbərlik etmək.

B) ixtisasını artırmaq və təkmilləşdirmək.

C) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək.

D) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək.

E) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək.



12. Pedaqoji diaqnostika:

A) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür.

B) Təlimin mahiyyətinin dərk edılməsı vasıtəsıdır.

C) Konkret bir şagirdlə bağlı qərar qəbul edılməsıdır.

D)Pedaqoji prosesin fasiləsizliyidir.

E) Pedaqoji prosesin idarə edilməsidir.



13. Müəllimlərin innovativ fəaliyyətinin nəticəsinə aid olanları göstərin:

1 . Təhsilin keyfiyyəti yüksəlir.

2. Təhsildən yayınma halları artır.

3. Təhsil müəssisəsinin nüfuzu artır.

4. Şagirdlərin kompetensiyası artır.

5. Təhsil müəssisəsində psixoloji iqlim pisləşir.

A) 2,3,4

B)1,3,5


C)1,2,3

D) 2,3,5

E)1,3,4

14. Cari planlaşdırmada müəllimin buraxdığı səhvlər hansılardır?

1. Keçiləcək mövzunun müəyyənləşdirilməsinə üstünlük vermək.

2. Məzmun standartını müəyyənləşdirmək

3. İnteqrasiya imkanlarını müəyyənləşdirmək

4. Dərsin təlim nəticələrini müəyyənləşdirmək.

5. Dərslikdə verilmiş materialı mənimsətmək.

A) 1,2

B) 3,5


C) 1,3

D) 1,5


E) 2,4

T3.

15. Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:

A) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır.

B) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.

C) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir.

D) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir.

E) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır.



16. Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyətidir:

A) Müəllim və şagirdlər arasında əks-əlaqənin yaradılması.

B) Hazır şəkildə əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə

C) Yeni biliklərin müəllimin məlumatları və izahları vasıtəsılə qavranılması.

D) Avtoritar metoda əsaslanır.

E) Hafizəyə əsaslanır.



17. Nə üçün motivasiya düşündürücü və məqsədəuyğun olmalıdır?

A) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirməyə imkan yaradır.

B) Şagirdlərdə idrak fəallığı oyadır

C) Dərsin vaxtında başa çatmasına kömək edir.

D) Tədqiqat prosesini çətinləşdirir

E) Tapşırıqları düzgün yerinə yetirməyə kömək edir.



18. Pedaqoji diaqnostika:

A) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür.

B) Təlimin mahiyyətinin dərk edılməsı vasıtəsıdır.

C) Konkret bir şagirdlə bağlı qərar qəbul edılməsıdır.

D)Pedaqoji prosesin fasiləsizliyidir.

E) Pedaqoji prosesin idarə edilməsidir.



T4.

I9. Müəllimlərin innovativ fəaliyyətinin nəticəsinə aid olanları göstərin:

1 . Təhsilin keyfiyyəti yüksəlir.

2. Təhsildən yayınma halları artır.

3. Təhsil müəssisəsinin nüfuzu artır.

4. Şagirdlərin kompetensiyası artır.

5. Təhsil müəssisəsində psixoloji iqlim pisləşir.

A) 2,3,4

B) 1,3,5

C) 1,2,3

A) 2,3,5

E) 1,3,4

20. Cari planlaşdırmada müəllimin buraxdığı səhvlər hansılardır?

1. Keçiləcək mövzunun müəyyənləşdirilməsinə üstünlük vermək.

2. Məzmun standartını müəyyənləşdirmək

3. İnteqrasiya imkanlarını müəyyənləşdirmək

4. Dərsin təlim nəticələrini müəyyənləşdirmək.

5. Dərslikdə verilmiş materialı mənimsətmək.

A) 1,2

B) 3,5


C) 1,3

A) 1,5


E) 2,4

21. Fəal təlim ilə qrup təlimini müqayisə edin.

A) Fəal təlim metoddur, qrup təlimi isə iş forması

B) Hər ikisi metoddur

C) Fəal təlim iş forması, qrup t

əlimi isə metoddur

D) Hər ikisi iş formasıdır

E) Hər ikisi təlim prosesində praktik əhəmiyyətə malikdir

22. Fasilitasiya nəyə əsaslanır? Biri səhvdir:

A) Şagirdlərə problemi həll etmək üçün kömək göstərilir və bəzi məqamlarda tapşırıq onların əvəzinə yerinə yetirilir.

B) Qapalı suallardan daha çox açıq suallara üstünlük verilir.

C) Müəllim və şagirdlərin qarşılıqlı hörmət və etibarı.

D) Şagirdlərdə öyrənmə motivasiyasımn yaradılması.

E) Müəllim və şagirdlərin birgə əməkdaşlığı.



E) 23. Biri fəal (interaktiv) təlimin mərhələsidir:

A) Veb-resurslardan istifadə

B) İş vərəqlərinin hazırlanması

D) Məlumat mübadilə

C) Qrup işinin təşkili

E) Şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması.


13. ##num= 13// level= 1// sumtest=10 // name= H.Qardnerin nəzəriyyəsi. Müxtəlif üsullarla dərk etmə

T1.

1. İdrak taksonomiyası üzrə səviyyə və təlim nəticələrini uyğunlaşdırın:

I.Bilmə II. Anlama III.Tətbiqetmə IV.Analiz.
1.dəyişir, nümayiş etdirir

2.müəyyən edir, sadalayır

3. fərqləndirir,izah edir

4. ayırır. müəyyən edir.

A)I-2, II-3, III-1, IV-4

B) I-2, II-3, III-4, IV-1

C) I-4, II-3, III-1, IV-2

D) I-3, II-2, III-1, IV-4

E) I-2, II-1, III-3, IV-4

2. Biri fəal təlimin mərhələsi deyil:

A) Yaradıcı tətbiqetmə

B) Motivasiya

C) Məlumat mübadiləsi

D) Tədqiqat sualının verilməsi

E) Tədqiqatın aparılması



3. Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyətidir:

A) Problemin həlli prosesində biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi.

B) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəməsi.

C)Yeni biliklərin müəllimin məlumatları və izahları əsasında qavranılması.

D) Monoloji təlim.

E) Hafizəyə əsaslanan təlim.



4.Bu taksonomiyaları standartlarda ifadə etmək digər taksonomiyalarla müqayisədə daha mürəkkəb bir prosesdir. Ona görə ki,bu sahədə istifadə edilən terminologiyalar mücərrəddir.Bıırada hansı taksonomiyadan bəhs edilir?

A) emosional taksonomiya

B) psixomotor taksonomiya

C) idraki taksonomiya

D) koqnitiv taksonomiya

E) heç birində



5. Hansı üsulda əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini · müəyyənləşdirmək üçün istifadə olunur?

A) Mühazirə

B) Venn diaqramı

C) Müzakirə

D) Akvarium

E) Klaster



6. Bu prosesdə öyrənənlərin müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və bırgə fəaliyyət bacarıqlarını daha yaxşı inkişaf edirmək imkanı var.Bu hansı iş formasıdır?

A) kollektivlə iş

B) qrup işi

C) cutlərlə iş

D) fərdi iş

E) müzakirə



T2.

7. Uyğunluğu tapın:

I.Bu taksonomiyanın əsas funksiyası intelektual bacarıq və vərdişləri inkişaf etdirməkdən ibarətdir.

II.Bu taksonomiyanın əsas funksiyası şagirdlərdə dəyərləri inkişaf etdirməkdən ibarətdir.

III.Bu taksonamiyanm əsas funksiyası əzələ inkişafını və hərəkət fəaliyyətini inkişaf etdirməkdən ibarətdir.

1. idraki fəaliyyət

2.emosıonal fəaliyyət

3.psixomotof fəaliyyət

A) I-1,II–2,III–3

B) l-2,II–1,III–3

C)I-3,II-1,III–2

D)I-2,II-3, III-1

E)I-3, II-2, III-1



8. Blumun Taksonomiyası nəzəriyyəsinə görə dərketmənin səviyyələrinin düzgün ardıcıllığı hansıdır?

A) 1.Bilik   2.Qavrama   3.Tətbiq  4.Təhlil   5.Sintez    6.Qiymətləndirmə

B) 1.Bilik 2.Tətbiq   3.Təhlil  4.Qiymətləndirmə   5.Sintez 6.Qavrama

C) 1.Bilik   2.Təhlil    3.Sintez     4.Tətbiq   5. Qiymətləndirmə 6.Qavrama

D) 1.Bilik   2.Qavrama 3. Qiymətləndirmə 4.Sintez 5. Tətbiq 6.Təhlil

E) 1.Bilik   2.Tətbiq   3.Qavrama   4.Təhlil   5.Sintez  6. Qiymətləndirmə   



T-3

9.Qardner nəzəriyyəsinin tərkib hissələrini göstər.

1. Linqvistik

2. Vizual məkan

3. Virtual məkan

4. Fərddaxili

5.Materialist

A) 1, 3, 4

B) 1, 2, 3

C) 2, 3, 4

D) 1, 4, 5

E) 1, 2, 4

10. Qardner nəzəriyyəsinə aid olanları göstər.

1. Riyazi məntiq

2. Kinestik

3. Fərdlərarası

4. Obyekt

5. Diaqnostik

A) 1, 4, 3

B) 1, 4, 5

C) 1, 2, 3

D) 2, 4, 5

E) 3, 4, 5

14. ##num= 14// level= 1// sumtest=20// name= Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə konsepsiyası. Məktəbdaxili qiymətləndirmə:diaqnostik və formativ qiymətləndirmə.

T1.

1.Aşağıdakılardan biri “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası” na aid deyil?

A) Qrupda diskussiyanın təşkili

B) Şagird nailiyyətlərinin qiymətləndirmə standartları

C) Buraxılış imtahanları

D) Kurikulum üzrə qiymətləndərmə

E) Məktəbdaxili qiymətləndirmə

2. Aşağıdakılardan hansı müasir qiymətləndirməyə aid deyil?

A) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir.

B) Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.

C) Şagirdin inkişafı sistemli şəkildə izlənilir.

D) Qiymətləndirmənin obyektivliyini təmin edir.

E) Qiymətləndirmə, şagirdlərin bilik və bacarıqlarını standartlara əsasən ölçür.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin