86. Məhsulun «franko» qiyməti aşağıdakılardan hansına imkan verir:
A) məhsulgöndərmənin müxtəlif bazis şərtlərini nəzərə almağa;
B) məhsul satışından əlavə gəlir əldə etməyə;
C) məhsulun satış qiymətini müəyyən etməyə;
D) məhsulun istehlak qiymətini müəyyən etməyə;
E) müştəriyə müəyyən qiymət güzəştlərinin edilməsinə
87. Zərərsizlik nöqtəsində:
A) əlavə istehsal edilən hər məhsul vahidinin son hədd gəlirləri son hədd xərclərindən azdır;
B) əlavə istehsal edilən hər məhsul vahidinin son hədd gəlirləri son hədd xərclərinə bərabərdir;
C) əlavə istehsal edilən hər məhsul vahidinin son hədd gəlirləri son hədd xərclərindən çoxdur;
D) əlavə istehsal edilən hər məhsul vahidinə çəkilən dəyişən (birbaşa) xərclər sabit (qaimə) xərclərindən çoxdur;
E) əlavə istehsal edilən hər məhsul vahidinə çəkilən dəyişən (birbaşa) xərclər sabit (qaimə) xərclərindən azdır;
Dostları ilə paylaş: |