75. Yer kürəsi Qrinvic meridianından hansı tərəfə doğru zolaqlara bölünür?
A) Şərqə doğru
B) Qərbə doğru
C) Şimala doğru
D) Cənuba doğru
E) heç bir tərəfə
76. Yerin basıqlığı nəyə deyilir?
A) Böyük yarımoxla kiçik yarımox fərqinin böyük yarımoxa olan nisbətinə
B) Kiçik yarımoxla böyük yarımox fərqinin kiçik yarımoxa olan nisbətinə
C) Böyük yarımoxla kiçik yarımox fərqinin kiçik yarımoxa olan nisbətinə
D) Kiçik yarımoxla böyük yarımox cəminin kiçik yarımoxa olan nisbətinə
E) Kiçik yarımoxla böyük yarımox cəminin böyük yarımoxa olan nisbətinə
77. Əks çoxqat kəsdirmə nəyə deyilir?
A) Təyin olunan məntəqə üzərində ərazidə koordinatları məlum olan ən azı 4 məntəqəyə doğru bucaq və ya istiqamətlər ölçülərsə
B) Məntəqə koordinatları kifayət qədər olan məntəqələrə, ölçmələrə görə təyin olunarsa
C) Əgər ərazidə olan ən azı üç məlum məntəqələrdən təyin olunacaq məntəqəyə doğru bucaqlar və istiqamətlər ölçülərsə
D) Məntəqə koordinatlarının alınmasında əlavə məntəqələrdən istifadə edilərsə
E) Əgər ərazidə koordinatları məlum olmayan 5 məntəqəyə doğru bucaqlar ölçülərsə
78. Yer səthində kiçik sahənin üfüqi proyeksiyasının kağız üzərində hansı oxşar təsvirinə plan deyilir?
A) kiçildilmiş
B) dəyişdirilmiş
C) səhvsiz
D) böyüdülmüş
E) oxşadılmış
Dostları ilə paylaş: |