93. Nivelirləmə nəyə deyilir?
A) Yer səthində nöqtələrin yüksəkliklərini təyin etmək üçün aparılan ölçmə işlərinə
B) Yer səthində nöqtələrin yüksəkliklərini və koordinatlarını təyin etmək üçün aparılan ölçmə
işlərinə
C) Yer səthində nöqtələrin geodezi və düzbucaqlı koordinatlarını təyin etmək üçün aparılan
ölçmə işlərinə
D) Yer səthində nöqtələrin koordinatlarını təyin etmək üçün aparılan ölçmə işlərinə
E) Yer səthində nöqtələrin yüksəkliklərini və qütb koordinatlarını təyin etmək üçün aparılan
ölçmə işlərinə
94. Həndəsi nivelirləmə necə aparılır?
A) Üfüqi şüa vasitəsilə nivelir aləti ilə
B) Maili şüa vasitəsilə teodolit aləti ilə
C) Maili şüa vasitəsilə nivelir aləti ilə
D) Üfüqi şüa vasitəsilə teodolit aləti ilə
E) Maili və üfüqi şüa vasitəsilə nivelir aləti ilə
95. H-3 nivelirləri hansı sinif nivelirləmədə istifadə olunur?
A) III və IV sinif
B) II sinif
C) III sinif
D) IV sinif
E) I sinif
96. Təyin olunan məntəqə üzərində ərazidə koordinatları məlum olan ən azı 4 məntəqəyə doğru bucaq və ya istiqamətlər ölçülərsə onda ona nə deyilir?
A) Əks çoxqat kəsdirmə
B) Çoxqat kəsdirmə
C) Birqat kəsdirmə
D) Düz çoxqat kəsdirmə
E) Hanzen məsələsi
97. Kvadrat şəbəkəsinin hər bir nöqtəsi üçün işçi yüksəkliyi hansı düsturla hesablanır?
A) r =Hqır-Hqara
B) r =Hqara-Hqır
C) r =Hqara+Hqır
D) r =2Hqır-Hqara
E) r =2Hqara-Hqır
Dostları ilə paylaş: |