V.Sistematiklik və ardıcıllıq prinsipi- ardıcıl və sistemli verilən biliklər asan
və şüurlu mənimsənildiyi halda, parakəndə və sistemsiz verilən biliklər tez
unudulur və yaddaşda qalmır. Sistemli öyrənilən biliklər onlardan sonra gələn
biliklərə yol açır. Elmi anlayışlar arasındakı əlaqəni tənzimləyir.Sistemlilik ,
ardıcıllıq proqramda , dərsbiliklərini məzmununda, materilaın ardıcıl yerinə
yetirilməsində gözlənilməlidir. Hər bir şagirdə izah olunmalıdır ki, biliklərə
yiyələnmək üçün sistemli, radıcıl başa düşmək, öyrəmək, mənimsəmək vacibdır.
Belə olduqda məntiqi yadda saxlamaq mümkün olacaq və fəallıq da özünü
göstərəcəkdir.
VI. Təlimdə biliklərin möhkəmləndirilməsi prinsipi – biliklərin
mənimsənilmiş bilik və bacarıqları praktikaya tətbiq etmək üçün
möhkəmləndirmək tələb olunur. Möhkəmləndirmək təkrar etmək yolu ilə daha
yaxşı mənimsənilir. Biliklərin möhkəmləndirilməsini şərq mütəfəkkiri və
tarixcisi İbn Xəlqin tövsiyə edirdi ki, əsl bilik 3 dəfə təkrarlandıqdan sonra hasil
olunur. Komenskiisə bilikləri möhkəmləndirməyən müəllimin işini xəlbirlə su
daşımağa bənzədir. Möhkəmləndirmə prinsipinin əsas məqsədi kəşv olunmuş
həqiqətləri daha da dərinləşdirərək mənimsətməkdir. Müəllim verilən bilikləri
köhkəm mənimsədərək yeni mövzuya keçməlidir. Dərs bir neçə dəfə
təkrarlamaqla şagirdlərə yoxlayıcı suallar verilməlidir. Mövzunun nə dərəcədə
mənimsənilməsinə inam yaradılmalıdır. Biliklərin möhkəmləndirilməsində
təkrar biliyin anası, tətbiqetmə isə atası sayılır.Təkrarlar ilk (tədris ilinin
əvvəlində ), gündəlik (hər dərsdə), yekun (hər bölmədən sonra) təkrarlar olmaqla
bir neçə yerə ayrılır.
VII. Fərdi yanaşma prinsipi- hər şagirdin fərdi xüsusiyyətlərinin nəzərəalmağı
tələb edir. Yəni, onların inkişafı səviyyəsini dərketmə qabiliyyətini,materialı tez
və dəqiq qavramaq imkanlarını nəzərə almağı tələb edir. Fərdi yanaşma hər bir
şagirdin üçün vacibdir. Bunun üçün müəllimin 4 didaktik qaydadan edilməlidir:
1.Məlumdan məchula;