1. Pedaqogikanın mövzusu. Məqsəd və vəzifələri. Plan: Pedaqogika təlim,tərbiyə və təhsil haqqında elm kimi Pedaqogikanın vəzifələri və metodiki əsasları


Mövzu №9:Təlimin prinsipləri və onların mahiyyəti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix12.11.2022
ölçüsü1,11 Mb.
#119383
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
Pedaqogika və Psixologiyanın əsasları (Mühazirələr)

Mövzu №9:Təlimin prinsipləri və onların mahiyyəti . 
Plan: 
1.Təlimdə əyanilik və elmlilik prinsipi. 
2.Şüurluluq və fəallıq ,sistematiklik və ardıcıllıq prinsipi. 
3.Təlimdə biliklərin möhkəmləndirilməsi prinsipi. 
4.Təlimdə fərdi yanaşma prinsipi. 
Təlim elmlərin əsasına ,fəaliyyətin üsullarına yiyələnmək və şagirdlərin 
təfəkkürünü formalaşdırmaq məqsədi daşıyır.Təlimin prinsipləri didaktikanın 
mühüm vəzifələrini yerinə yetirir və müəllim qarşısında tələb qoyur ki ,bu 
prinsip və qaydalara əməl etməklə şagirdlərdə yüksək tədris uğurlarına nail 
olunsun. 
“Prinsip” latın sözü olub “əsas ,bünövrə” deməkdir.Təlimin prinsipləri təlim 
prosesinin istiqamətini və müəllimin fəaliyyətini ifadə edir.Təlimin prinsipləri 
tədris prosesinin bütün komponentlərinə ,onun planlaşdırılmasına ,məntiqinə, 
məqsəd və vəzifələrinə,təşkili formalarına və metodların seçilməsinə verilən 
tələbləri şərtləndirir.Təlimin prinsipləri ilə yanaşı onun qaydalarından da istifadə 
edilir. 
Qaydalar-müəllimin istifadə etdiyi preyonların xarakterini şəraitə uyğunlaşdırır. 
Təlimin prinsipləri aşağıdakılardır: 
l.Təlimin məqsədyönlülük prinsipi -müasir dövrdə hüquqi dövlət qurmuş 
Azərbaycan Respublikasının gənc nəslini vətənimizə,dövlətimizə layiq 
məqsədlər arasında yetişdirməliyik.Dövlətimizin məqsədinin aydın dərk 
olunması ,təlim və təhsilin mütəşəkkil həyata keçirilməsində başlıca rol 
oynayır.Təlim sadəcə bilik vermir,qazanılmış biliklərin vətənə ,xalqa,dövlətə 
,ölkənin iqtisadi ,siyasi ,mənəvi inkişafına xidmət etməsinə inam yaradır.bunun 


üçün elmi dünya görüşlü vətəndaşlar yetişdirmək təlimdə məqsədyönlülük
prinsipinin zəruri qanunauyğunluğudur. 
ll.Təlimdə əyanilik prinsipi-öyrənmə fəaliyyətinin səmərəli təşkilində əyanilik 
mühüm rol oynayır.Əyanilik prinsipi biılavasitə duyğu və qavrayışların verdiyi 
materiallar əsasında gerçəkləşir.Çex pedaqoqu Komenski bu prinsipi müəllimlər 
üçün “Qızıl qayda” adlandırmışdır.Yəni, görülən ,toxunulan nə varsa ,daha yaxşı 
yadda qalır.Çünki,burada duyğu və qavrayış daha yaxşı inkişaf edir.
Azərbaycanda pedaqoji fikrin banisi ,ilk pedaqogika dərsliyinin banisi Mərdan 
Muradxanov təlimdə əyanilik prinsipinin rolunu yüksək qiymətləndirərək 
yazırdı: “Əyanilik prinsipi təlimi mücərrəd sözlər üzzərində deyil ,şagird 
tərəfindən bilavasitə aparılan konkret əşya və hadisələr üzərində qurmaqdır.” 
Əyaniliyin aşağıdakı növləri vardır: 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin