III.Əməli təlim metodları- praktiki işlər, çalışmalar , laboratoriya işi.
Müəllimin göstərişi əsasında şagirdlərin təcrübə qoymaları prosesi və bilavasitə
müşahidə etmələri və müxtəlif nəticə çıxarmaları, laboratoriya
işdir.Laboratoriya işi qazanılan bilik və bacarıqları əməli olaraq tətbiq edə
bilməkdir. Əməli təlim metodları 3 cürdür:
1.Laboratoriya işi- fizika, kimiya və biyalogiya fənləri üzrə aparılır. Bu
şagirdlərdə müşahidəçiliyi və dərketmə qabiliyyətini inkişaf etdirir;
2.Çalışmalar- qazanılan bilik və bacarıqları tətbiq edə bilməsidir. Çalışmalar 4
növüdə olur: şifahi, yazılı, qrafik işlər, bədən tərbiyəsi çalışmaları. Çalışmalar
prosesində əməli necə icra edildiyi göstərilir. Şagirdlər müşahidə edir və sonra
özlərini yoxlayırlar. Əgər səhv varsa, əməlin təkrar və düzgün icrası tələb olunur
və əməli iş avtomatlaşır. Eyni hərəkət dəfələrlə təkrar olunur;
3.Praktik işlər - əldə edilmiş biliklərin yoxlanması və praktikaya tətbiqidir.
Praktik işlər həyatda, istehsalatda aparıla bilər. Praktik iş şagirdlərin fəallığını,
təşəbbüskarlığını və müstəqilliyini inkişaf etdirir;
4.Didaktik oyunlar – idrakı fəallığın artıran metoddur.
Dərslərdə təlimin texniki vasitələrindən, yeni pedaqoji texnologiyalarından
istifadə olunur. Məsələn, səs yazısı, radio, televiziya, maqnitofon və s.
Hal hazırda proqramlaşdırılmış təlim məktəblərin müstəqil işinin növü sayılır.
Proqramlaşdırılmış təlim tədris materialını informasiyanın köməyilə
məktəblərin idrak fəaliyyətlərinin ayrılmaz tərkib hissəsinə çevrilib. Burda
məqsəd (xüsusiylə yuxarı siniflərdə) şagirdlərin bilik, bacarıq, vərdişlərinin
möhkəmləndirilməsi, problemi situasiya ərəfəsində problemin həllinə
yönəldilmiş proqram materialı olmaqla çox əhəmiyyətlidir.
Mövzu 12: Təlimin təşkili formaları haqqında anlayış.