A k t i v l i k. Bu xassə haqqında biz insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsinə, xarici və daxili maneələri necə aradan qaldırmasına görə mühakimə yürütmək lazımdır.
R e a k t i v l i k l ə a k t i v l i y i n q a r ş ı l ı q l ı n i s b ət i. Bu xassələr haqqında biz insanın faəliyyətinin ən çox nədən -təsadüfi xarici və daxili təsirlərdənmi (əhvali-ruhiyyədən, təsadüfi hadisələrdən), yoxsa insanın məqsədindən, niyyətindən, meyllərindən, yoxsa əqidələrindən asılı olduğuna görə mühakimə yürüdürük.