Ağlın müstəqilliyi - insanın öz bilik və təcrübəsinə əsasən cisim və hadisələrin mühüm əlamət və xüsusiyyətlərini, əlaqə və münasibətlərini, qanunauyğunluqlarını başa düşməsində, yeni məsələlər irəli sürüb onları həll etməsində və biliklərini nisbətən mürəkkəb problemlərin həllinə tətbiqetmə bacarığında özünü göstərir. Bu keyfiyyət əsasən adamın:
a) başqasının köməyi olmadan qarşıya yeni məqsəd, sual, məslə qoymasında
b) bu məqsədə çatmaq üçün vasitə, cavab, yol tapıb, müəyyən nəticəyə gəlməsində
c) bu və ya digər cisim və hadisəni törədən səbəblər haqıında müəyyən mülahizələr yürütməsində ifadə olunur.
Dostları ilə paylaş: |