Fikri sürəti də mühüm keyfiyyət olub, insanın həll etdiyi məsələyə verdiyi son cavabın müdəti ilə təyin edilir. Əlbəttə , məsələnin sadə və ya mürəkkəb həmin müddətə təsir göstərir. Lakin mürəkkəb məsələləri də tez həll edən, tez düşünən şəxslərdə vardır.
Fikrin sürətinə bir sıra amillər təsir edir. Bu, lazım olan materialın möhkəm yadda saxlanılması və tez yada salınmasından, adamın bilik səviyyəsindən, həyat təcrübəsindən, təhsilindən, sinir sisteminin xüsusiyyətlərindən və s. asılıdır. Burada həll ediləcək məsələnin mürəkkəbliyi də mühüm rol oynayır.
Dostları ilə paylaş: |