2.Şəxsiyyətin əsas keyfiyyətləri – Şəxsiyyət nədir? Sovet psixologiyasında şəxsiyyətin 50 - dən çox tərifi məlumdur. Bu gün şəxsiyyət haqqında hamı tərəfindən eyni dərəcədə qəbul edilən tərif olmasa da, müəlliflərin demək olar ki, hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə xüsusi diqqət yetirirlər. Həmin cəhətlər aşağıdakılardan ibarətdir:
a) məlumdur ki, insanın mahiyyəti öz gerçəkliyindən ictimai münasibətlərin məcmusundan ibarətdir.
Bütün ictimai münsibətlər sistemi qanunauyğun surətdə maddi nemətlər istehsalı üsulundan asılıdır: istehsal prosesində insanlar maddi məhsullar, yaşayış vasitələri yaratmaqla kifayətlənmirlər. Onlar maddi nemətlər istehsal etməklə öz ictimai münasibətlərində istehsal və təkrar istehsal edirlər.
Yəni cəmiyyət şəxsiyyət üçün sadəcə olaraq müəyyən bir xarici mühit deyilir. O, cəmiyyətin üzvü kimi ictimai münasibətlər sisteminə obyektiv surətdə daxil olur.
Şəxsiyyətin motivləri, cəhdləri, yönəlişləri, adətləri, rəğbəti və nifrəti onun istehsala, mübadilə və istehlaka obyektiv münasibətlərinin necə olmasından, hansı vətəndaşlıq hüquqlarına malik olmasından, cəmiyyətin siyasi və ideoloji həyatına necə daxil olmasından və s. asılıdır. Bu prosesdə insanda müxtəlif sosial keyfiyyətlərin sistemi nəzərdə tutulur. Məlumdur ki, şəxsiyyətin mahiyyətini “ nə onun saqqalı, nə qanı, nə abstrakt fiziki təbiəti deyil, sosial keyfiyyətləri təşkil edir. K.Marks
“Sosial” sözünə diqqət edin. Bu keyfiyyətlər ictimai münasibətlərin mənimsənilməsi zəminində əmələ gəldiyi üçün onlara sosial keyfiyyətlər deyilir.
b) şəxsiyyət ictimai proseslərə daxil olmaqla öz həyat şəraitini fəal surətdə dəyişməyə başlayır. O, münasibət subyektinə, şüurlu fəaliyyət subyektinə çevrilir. Bu o deməkdir ki, şəxsiyyət ancaq şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir.
Şəxsiyyət mürəkkəb fonemendir. O, psixoloji baxımdan müxtəlif xüsusiyyətlərlə xarakterizə olunur. Bu nöqteyi – nəzərdən aşağıdakıları xüsusilə qeyd etmək olar:
ictimai fəallıq – şəxsiyyət öz fəaliyyət dairəsini ardıcıl surətdə genişləndirir, nəinki öz həyat yolunu müəyyən edir, həm də həyat şəraitini dəyişdirir, ən mürəkkəb həyati situasiyalarında öz daxili inamına və həyat mövqeyinə görə hərəkət edir.
motivlərin davamlı sistemi – motivlərin – maraqlar, əqidə və s. üstünlük təşkil edən sistemi formalaşır və onlar şəxsiyyətin istiqamətini müəyyən edirlər.
şəxsi məna – şəxsiyyətin tələbatına və s. uyğun gələn obyektlər onun üçün şəxsi məna kəsb edir. Bu cəhət birinci növbədə şəxsiyyətin sosial yönəlişləri və həyat mövqeyində, emosiya və hisslərində, maraq və meyllərində özünün aydın ifadəsini tapır.
münasibətlər – şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa adamlara, əməyə, şeylərə, özünə münasibətləri onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru da nəticə etibarilə onun münasibətləri ilə müəyyən olunur və s.
Şəxsiyyət fərd üçün subyektiv olaraq onun məni - özü haqqinda təsəvvürlər sistemi (mən obrazı, mən konsepsiyası) kimi meydana çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. onun özü haqqinda təsəvvürləri əks olunur.
Nəzərdən keçirdiyimiz xüsusiyyətlər heyvanlar arasinda böyümüş uşaqlarda müşahidə olunmur. Buna görə də onlar fərddirlər, lakin şəxsiyyət deyildirlər. Anadan təzəcə doğulmuş uşaq da hələ şəxsiyyət deyildir. О, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibtləri mənimsədikcə şəxsiyyətə çevriləcəkdir.
Şəxsiyyətə çevrilmək miüəyyən həyat mövqeyi, hər şeydən əvvəl, əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi aydin dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün əməlləri, işləri, bütün həyatı ilə onu təsdiq (bərqərar) etmək deməkdir.
Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Burada dialektik surətdə iki proses uzlaşır. Bir tərəfdən, şəxsiyyət ictimai miinasibətlər sisteminə daha geniş daxil olur; onun insanlarla və ictimai həyatin miixtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, onu öz sərvətinə çevirir. Şəxsiyyətin inkişafının bu cəhəti adətən onun i c t i m a i l ə ş m ə s i (sosializasiyası) kimi xarakterizə olunur. Digər tərəfdən, şəxsiyyət ictimai həyatin müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda daha çox müstəqillik, nisbi avtonomluq kəsb edir, yəni onun cəmiyyətdə inkişafının mühüm cəhətini f ə r d i l ə ş m ə prosesi təşkil edir. Bu о deməkdir ki, ictimai inkişaf prosesində insan şəxsiyyətə çevrildikcə onun özünəmexsus (tekrarolunmaz) həyat tərzi və öz daxili aləmi formalaşır.
Psixologiyada bu mühüm elmi faktı ifadə etmek üçün f ө rd i у у ə t anlayışından istifadə olunur. Biz insanı fərdiyyət kimi nəzərdən keçirərkən onu başqa adamlardan fərqləndirən cəhətləri, onun psixikasının şəxsiyyətinin özünəməxsus xüsusiyyətlərini xarakterizə edirik. Fərdiyyət temperament ve xarakter elamətlə-rində, təlabatlarının, maraqlarının, intelektin, qabiliyyətlərin və s. özünəməxsus xüsusıyyətlərində təzahür edir. Fərdiyyət insanın anatomik fizioloji imkanı ilə bu və ya digər dərəcədə bağlı olsa da, onun təkrar olunmaz bioqrafiyasını, həyat tarixini əks etdirir. Tərbiyə prosesində onun nəzərə alınmasının - adamlara, eləcə də uşaqlara f ə г d i y a n a ş m a n ı ı böyük praktik əhəmiyyəti vardır.
Bir cəhəti ayrıca qeyd etmək lazımdır. Biz insan fərd və şəxsiyyət kimi nəzərdən keçirdik. Fərdin də, şəxsiyyətin də özünəməxsus fərdi xüsusiyyətləri vardır. İnsanı fərdiyyət kimi xarakteri-zə edərkən biz bu xüsusiyyətlərin hər ikisini nəzərə alırıq. Lakin bununla belə, qeyd etmək lazimdir ki, fərdiyyətin strukturunda onların rolu eyni deyildir. Insana bir fərd kimi xas olan xüsusiyyətlər (məsələn, həssaslıq, astagəliik və s.) şəxsiyyətin təsiri ilə yeni məzmun və forma kəsb edirlər. Xudbin adamla kollektivçi adamda, məsələn, həssaslığın təzahürlərini müqayisə edin. Onlardan birincisi nəyə həssasdır, ikincisi nə zaman kədərlənir? İzahata, necə deyərlər, ehtiyac yoxdur. Yəni xudbin adamin diqqət mərkəzində onun özü ve şəxsi mənafeyi durur. Kollektivçidə isə əksinə, basqalarının mənafeyinə toxunmamaq ön planda durur.
Bu о deməkdir ki, şəxsiyyətin təsirilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya uğrayır, riyazi terminlə desək, onların hamısı şəxsiyyət adlanan ümumi məxrəcə gətirilir.
Psixologiyada həmin cəhəti təhlil etmək üçün i n t e q r a l (latinca inteqer - bütöv deməkdir) fərdiyyət anlayışından istifadə olunur, insanın bütün fərdi xüsusiyyətləri – biokimyəvi, ümumi somatik, neyrodinamik (sinir sisteminin xassələri), psixodinamik (temperament xassələri), şəxsiyyətə məxsus xassələri qarşılıqlı əlaqədə təhlil edilir. Fərdi xüsusiyyətlərin nəzərdən keçirdiyimiz sistemində şəxsiyyətə aid xüsusiyyətləri müəyyənedici əhəmiyyət kəsb edir. Müasir psixologiyada bu baxımdan şəxsiyyət fərdi inteqrasiya orqanı kimi başa düşülür və təhlil olunur.
Dostları ilə paylaş: |