Aldadıcı mərhələ. Uşağın diqqəti kifayət qədər möhkəmdir, bununla belə onun cəmləşməsi beyin qabığında optimal oyanmada olduğundan daha qısa müddətdə mümkündür. Nitqin tempi tezliklə aşağı düşür. Səs adi halda olduğundan daha yüksəkdir və emosianıllığı ilə diqqəti cəlb edir. Əhval – ruhiyyə qalxır, daxili qüvvə artır. Psixoloji funksiyaların belə qeyri - normal fəallaşması qısa müddətdə yorğunluqla, ləngimə ilə əvəz olunur.
Bərabərləşdirici mərhələ.Diqqət lazımi saviyyədə deyil. Duyğu və qavrayışın nəticələri etibarsızdır. Bununla yanaşı keçmiş təəssüratların yada salınması sürətlə baş verə bilir. Qeyri - müəyyən səbəbdən oyanıqlıq gözlənilmədən artır.