1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Qabiliyyətin diaqnostikası -



Yüklə 138,91 Kb.
səhifə42/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   38   39   40   41   42   43   44   45   ...   76
4.Qabiliyyətin diaqnostikası - Eyni mühitdə formalaşan insanlar müxtəlif yaradıcılıq imkanlarına malik olurlar. Bu, qabiliyyətlərlə bağlıdır. Bəzi insanlar riyaziyyat, bəziləri ədəbiyyat, bəziləri təsviri sənət sahəsində qabiliyyət nümayiş etdirirlər. Qabiliyyət elə psixi keyfiyyətdir ki, insan onun imkanları əsasında bilik, bacarıq və vərdişlər əldə edir. Qabiliyyət fəaliyyət prosesində özünü göstərir. Bu imkan hisslərdən, perseptiv fəaliyyətdən tutmuş, intellektə qədər psixi inkişafın bütün mərhələlərində fərdi xüsusiyyətlər kəsb edir. İnsanlar eyni şəraitdə eyni obyekti və hadisələri müxtəlif cür qavrayırlar.

İnsanlarda diqqətin xüsusiyyətləri də fərdi məna kəsb edir. Kimi verilmiş eynicinsli əşyaların 5, kimi 7, kimi də 9 – 10 əlamətini ayırd edə bilirlər. Yaxud, kimisində hafizənin mexaniki, kimisində seçici formaları üstünlük təşkil edir. Bir sıra insanlar fotoqrafik hafizəyə malik olurlar. İdrak prosesinin bu fərdiliyi fəaliyyətin ümumi xarakterində, ümumi qabiliyyətlər formasında özünü göstərir. Məsələn, görmə qavrayışının itiliyini, dəqiqliyini, tamlığını hissi idrakın məzmunu şərtləndirir. Bu baxımdan müşahidəçilik insanın həyatında xüsusi əhəmiyyət kəsb edir.

Psixologiyada xüsusi və ümumi qabiliyyətlər ayırd edilir. Ümumi qabiliyyətlər insana müxtəlif fəaliyyət sahələrində müvəffəqiyyətli nəticələr əldə etmək imkanı verir. Ümumi qabiliyyətləri olan insanlar əqli və praktik vərdişlərə daha tez yiyələnirlər. Qvarmanın tamlığına, seçici hafizəyə, diqqətini paylamaq imkanına, məntiqi təfəkkürə, fəal nitqə, bərpaedici təxəyyülə malik olanlarda texniki, bədii, eyni zamanda təsviri fəaliyyətin müəyyən sahələri üzrə qabiliyyətlər də inkişaf etmiş olur. Xüsusi qabiliyyətə malik insanlar müəyyən sahələr üzrə müvəffəqiyyət əldə edirlər.

Qabiliyətin ali ifadəsi xüsusi müvəffəqiyyətli nəticələrlə şərtlənən, müstəqil şəkildə yerinə yetirilən fəaliyyət sahəsidir. Bu, insanın istedad və qabiliyyətinin göstəricisidir. İstedadın daha yüksək pilləsini dahi istedad təşkil edir. Dünyada Aristotel, İbn – Sina, N.Gəncəvi, N.Tusi, Kant, Rəfael, Bax, Eynşteyn kimi dahilər yaşamışlar və başqaları yaşamaqdadırlar. Tarix zaman – zaman belə dahilər yetişdirir.

Biz burada bir neçə sahə üzrə qabiliyyətlərin müəyyənləşdirilməsi metodikası ilə tanış olacağıq. Metodika praktik psixoloqlarla yanaşı müəllimlər və valideynlər tərəfindən aparıla bilər. Əsas şərt həmin şəxsin sınanılanı yaxından tanıması, xüsusilə təlim uğurlarına, mənimsəmə imkanlarına, o cümlədən yaradıcılıq fəaliyyətinə bələd olmasıdır. Qabiliyyətlərin müəyyən edilməsində hazırda intellekt testlərindən də geniş istifadə olunur. Maraq göstərənlər bu ədəbiyyatda verilmiş intellekt testlərinə də müraciət edə bilərlər, lakin burada yaş amili nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, məktəb təcrübəsində qabiliyyətlərin maraqlarla kompleks diaqnostikasına da təsadüf edilir. Məsələn, “Maraqlar xəritəsi” metodikası bu sahədə istifadə edilən nümunələrdəndir. Bu metodikanın tətbiqi şagirdin maraqlar sahəsini müəyyənləşdirmək, həmin sahə üzrə qabiliyyətlərin inkişafına köməklik etmək məqsədilə aparılır.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin