Sosiometrik prosedur. Sosiometrik tədqiqatda aşağıdakı məsələlərin həlli üzrə ardıcıl iş aparılır. İlk növbədə obyekt ( qrup ) müəyyənləşdirilir, onun öyrənilməsi üçün qarşəya konkret vəzifələr qoyulur, fərziyyə formalaşdırılır. Bu fərziyyə qrup üzvlərinin öyrənilməsi kriteryalarına uyğun olmalıdır. İstər tədqiqatın gedişində, istərsə də tədqiqatdan sonra tam anonimliyi təmin etmək mümkün olmadığından qrup üzvləri əvvəlcədən təxmini də olsa gözlənilən nəticələrə hazır olmalıdırlar. Ona görə də insanları tədqiqata məcburi cəlbetmə yolverilməzdir. Çünki sosiometriyanın səmərəli, nəticələri, hər şeydən əvvəl, tədqiq olunanların könüllü iştirak etmələrindən, sorğulara səmimi, dəqiq cavab verilmələrindən çox asılıdır. Burada tələb olunan əsas şərtlərdən biri də ekspertin qrupun bu və ya digər üzvünə qarşı simpatiya, yaxud antipatiyası, meylliliyi, inami, yaxud inamsızlığı əsasında cavab verməlidir. Sosiometrik prosedur iki formada keçirilə bilər.