1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Birinci variant – qeyri-parametrik prosedur



Yüklə 138,91 Kb.
səhifə51/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   47   48   49   50   51   52   53   54   ...   76
Birinci variant – qeyri-parametrik prosedur.

Bu zaman tədqiq olunana sosiometrik kartlardakı suallara məhdudiyətsiz sayda seçim təklif olunur.Məsələn,əgər qrupda 14 adam təmsil olunursa 13 adam seçə bilər.Beləliklə,hər bir qrup üzvünün digər qrup üzvünə qarşı seçimi nəzəri baxımdan mümkün maksimum sayda olacaqdır.N-1.Burda N qrup üzvlərinin ümumi sayı,özü çıxıldıldıqdan sonra qalan rəqəmdir.Məsələn 14 nəfərlik qrupda bu rəqəm 13-dür.

Bu məsələni aydınlaşdırmalıyıq ki,seçimdə əldə olunan bu ölçü (N-1) sosiometrik ölçünün əsas kəmiyyət uyğunluğudur.Bu prosedur variantında əldə olunmuş nəticələr həm ayrılıqda hər bir qrup üzvü,həm də bütövlükdə qrupa şamil olunur.Burada hər bir qrup üzvünün özü seçən olmaqla yanaşı,həm də seçiləndir.

Bu variantın üstünlüyü ondan ibarətdir ki,hər bir qrup üzvünün emosional ekspantivliyini aydınlaşdırmağa,qruplararası əlaqəni qrup strukturunun özündə axtarmağa imkan verir.Qrup üzvlərinin sayı 12-16 arasında olduqda bu əlaqələr daha da mürəkkəbləşir.Bu zaman hesablama texnikasından istifadə etmək lazım gəlir.Əks halda nəticələri təhlil etmək xeyli çətinliklər yaradır.

Qeyri-parametrik prosedurun çatışmazlığı bununla izah edilir ki,əldə olunmuş nəticələrin tam etibarlılığına təminat vermək çətindir.Çünki biz iştirakçıların suallara nə dərəcədə obyektiv cavab verdiklərinə tam əmin deyilik.Bir sıra iştirakçılar kimsənin xətrinə dəyməmək üçün hamını eyni səviyyədə seçir,yaxud hamıya eyni dərəcədə laqeydlik göstərirlər.

Belə cavabları iki aspektdən izah etmək olar:ya sınanılanda həqiqətən də ətrafdakılara qarşı ümumi,o qədər də inandırıcı olmayan differensiya olunmamış münasibət yaranıb,ya da o bilərəkdən yalan məlumat verir.real münasibətini formal məntiq arxasında gizlədərək doğru məlumat vermək istəmir.Bu,daha inandırıcı görünür.




Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin