2.Kiçik yaşlı məktəblilərin psixoloji diaqnostikası –
2. a) Diqqətin psixodiaqnostikası
Kiçik yaşlı məktəblilərdə diqqətin psixodiaqnostikasında bir sıra metodikalardan istifadə olunur. Bunlardan biri diqqətin həcminin müəyyən edilməsi məqsədilə istifadə olunan aşağıdakı metodikadır.
Şəkil 25
Bu məqsədlə, II-IV sinif şagirdlərinə yuxarıdakı şəkil 5 saniyə göstərilir. Bundan sonra şəkil götürülür. Hər bir şagird vərəqdə 4 cəhət üzrə qeydlər etməlidir:
şəkildə neçə fiqur vardı?
fiqurların üstündə yazılmış ədədlər hansılar idi?
şəkildə hansı fiqurlar çəkilmişdir?
Hər bir fiqurun üstündə yazılmış ədədlər hansılar idi?
Ümumi nəticə qeyd olunan dörd cavab üzrə toplanmış balların cəmi ilə hesablanır.
Dostları ilə paylaş: |